Robert Geyts çinli həmkarı ilə görüşüb

Robert Geyts çinli həmkarı ilə görüşüb

Amerika müdafiə naziri deyib ki, regionun təhlükəsizliyi ABŞ-ın diqqət mərkəzində qalır

ABŞ müdafiə naziri Robert Geyts asiyalılara müraciət edərək regionun təhlükəsizliyinin ABŞ-ın diqqət mərkəzində qaldığını söyləyib. Cənab Geyts həmçinin deyib ki, regiondakı münaqişələr çoxtərəfli institutlar tərəfindən həl olunmalıdır. O, daha sonra Çinli həmkarı ilə görüşüb və gələn il Çinə səfər təklifini qəbul edib. Vietnam Milli Universitetindəki çıxışında Robert Geyts deyib ki, ABŞ Asiya regionu ilə bağlı yalnız iqtisadi və siyasi məsələlərdə yox, həm də müdafiə və təhlükəsizlik məsələlərində yaxından iştirak etmək istəyir.