Suriyanın Həma şəhərində yarım milyon adam küçələrə çıxıb (YENİLƏNİB)

  • Amerikanın səsi

Suriyanın Həma şəhərində yarım milyon adam küçələrə çıxıb (YENİLƏNİB)

Yarım milyona yaxın nümayişçi Həma şəhərinin küçələrinə axışaraq prezident Bəşar əl-Əsədin istefasını tələb ediblər. Siyasi fəallar ölkə boyu 13 nəfərin Əsədə sadiq qüvvələr tərəfindən qətlə yetirildiyini deyirlər.

Paytaxt Dəməşqin civarında yerləşən Dumeyr qəsəbəsində hökumət qüvvələri altı nümayişçini öldürüblər. Qətl halları həmçinin Homs və Maaret əl-Nümanda qeydə alınıb.

Suriya hökuməti ölüm hallarına görə silahlı dəstələri günahlandırıb. Dövlətə məxsus SƏNA agentliyi hökumətpərəst nümayişlərin keçirildiyini xəbər verib.

Fəallar deyirlər ki, ABŞ və Fransa səfirlərinin Həmada olması təhlükəsizlik qüvvələrini yerli əhali ilə qəddar davranışdan nisbətən çəkindirib. Siyasi fəal Amerikanın Səsinə bildirib ki, sakinlər ABŞ səfiri Robert Forda Suriya əsgərlərinin xalqa divan tutmasını göstərən videolar veriblər.

Associated Press-ə istinadən ABŞ səfiri Robert Ford gecəyarısı nümayişə qatılan kütlənin sayı artıqdan sonra şəhəri tərk edib.