Hollivud aktyoru Robert Deniro atasının homoseksual olduğunu etiraf edib [Video]

Your browser doesn’t support HTML5

Şoubiz - 30 May 2014

Artistlik istedad Robert De Nironun ailəsində daim olub. Bu yaxınlarda aktyor atası haqda “Artist Xatirəsi: Ata Robert Deniro” adlı sənədli filmdə söhbət açıb.

Robert De Nironun atası metaforik rəssam olub və onun Nyu-York şəhərindəki sonuncu evi və studiyası Oskar mükafatının qalibi olan oğlu tərəfindən qorunaraq saxlanılır.
People.com yazır ki, Robert De Niro bu yaxınlarda HBO telekanalında “Artist Xatirəsi: Ata Robert Deniro” adlı sənədli filmdə atası haqda xatirələrini bölüşüb.

OUT jurnalında iyun/iyul ayında çıxan “Robert De Niro: Mən və Mənim Homoseksual Atam” başlıqlı məqaləsində 70 yaşlı aktyor atasının onun üçün gözəl rəssam olduğunu və homoseksual olduğu üçün vəziyyəti ilə mücadilə apardığını deyib.

“Bəli, mən onun vəziyyətini məhs mücadilə adlandırardım. Əsasən də onun o dövr və yaşadığı kiçik şəhəri nəzərə alsaq” deyə De Niro bildirib.
Emosiyalara qapanan aktyor “Mən onun durumu haqda o qədər də bilmirdim. Kaş ki, bu barədə onunla daha çox danışardım. Anam bu barədə danışmaq istəmirdi. Mən isə,... bilirsiniz, o yaşda belə şeylər məni maraqlandırmırdı” deyir.

De Niro atası ilə çox zaman keçirməsə də, onunla yaxın olduğunu deyir.

“Biz birgə basketbol oynayan, birgə zaman keçirən ata-oğul olmamışıq. Amma biz daim əlaqə saxlayırdıq. Anamla atam boşandıqları və birgə yaşamadıqlarına görə mən onunla çox zaman keçirə bilmirdim. O həmişə mənim yanımda olmasa da məni çox istəyirdi, necə ki, mən öz övladlarımı sevirəm. Sənədli filmdə qeyd etdiyim kimi mən onun qayğısına qalırdım.” – deyə Robert De Niro bildirir.

CBSNEWS yazır ki, De Nironun valideyinlərinin hər ikisi Nyu-York şəhərində rəssam idi və Robert De Niro körpə olarkən boşanmışdılar. Bundan sonra körpə De Niro əsasən anası ilə Manhattanda yaşayıb.

De Nironun atası, mücərrəd ekspresionist rəssam 1960-cı illərdə Endi Varhol kimi daha müasir rəssamlarla rəqabət aparmalı olur və nəhayət elə bir məqam gəlir ki, o evsiz-eşiksiz qalır və Parisin küçələrində yaşamalı olur.

Filmdə De Niro 1993-cü ildə 71 yaşında xərçəng xəstəliyindən ölmüş atasının dərc etdirdiyi jurnaldakı məqalənin başlığını oxuyur.

Mətndə ata De Niro homoseksual olmağı bəla kimi təsvir edir. Aktyor De Niro atasının baxışlarının onun böyüdüyü dövr və rayonun nəticəsi olduğunu deyir.

Ata De Nironun yaşlı dövründə homoseksuallığı gizlətmədiyinə və açıq-aydın homoseksual həyat yaşamasına baxmyaraq onun oğlu atasının yaşadığı həyat barədə daha geniş ictimayyətə danışmasının zamanının çatdığını deyib.

“Əsas həqiqətdir, insanlar həqiqətə maraq göstərir. Mən bu açıqlamanı gərək 10 il əvvəl edərdim. Mən bunu indi etməyimə də şadam” De Niro deyir.

Robert De Nironun məşhur kino ulduzu olması bəzən onun atasının rəssamlıq nailiyyətlərinin üzərinə kölgə salır.

Bu səbəbdən aktyor bu yaxınlarda nümayiş etdiriləcək sənədli filmin onun altı uşağına babalarının həm də rəssamlıq sənəti haqda mariflənmələrinə kömək edəcəyinə inanır.

Artist Xatirəsi: Ata Robert Deniro” sənədli filmin primyerası iyun ayının 9-u HBO telekanalında nümayiş etdiriləcək.