ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Amerikanın Səsinə müsahibədə Azərbaycanla Ermənistan arasında davamlı sülh perspektivlərini və ABŞ-ın iki ölkə arasında sülhün yaranmasındakı mümkün rolunu şərh edib.
Amerikanın Səsi: Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh danışıqları üçün Berlində səfərdə idilər. Almaniyanın xarici işlər naziri Annalena Baerbok həmkarları Ermənistandan Ararat Mirzoyanı və Azərbaycandan Ceyhun Bayramovu iki günlük danışıqlar üçün qəbul edib. Berbok görüşdən əvvəl bildirib ki, Almaniya hesab edir ki, Ermənistan və Azərbaycanın iuzun illər davam edən münaqişədən sonra indi davamlı sülh əldə etmək imkanı var. Bu danışıqlar fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Oİaf Şolz, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin üçtərəfli görüşündən sonraya təsadüf edib. Sizcə, Ermənistan və Azərbaycan davamlı sülh əldə etməyə nə dərəcədə yaxındırlar?
Robert Sekuta: Deyərdim ki, daha yaxındırlar. Məncə onların nə dərəcədə yaxın olduqlarını demək çətindir. Aydındır ki, onlar çox çətin bir başlanğıc nöqtəsindən sülh razılığını əldə etməyə çalışırlar. Bu başlanğıc nöqtəsi ilk növbədə azərbaycanlılarla ermənilər arasında 30 ildir davam edən münaqişədir. İkinci nöqtə əlbəttə ki, Azərbaycan ərazisinin, Qarabağın, illər boyu ermənilər tərfindən işğalıdır. Üçüncü nöqtə hər iki tərəfdə ictimaiyyətin qorxusudur ki, ötən payiz ermənilərin Qarabağdan qaçmasıdan bunu gördük. Ona görə də, onlar çətin zəmindən başlayırlar. Amma fikrimcə biz irəliləyiş görürük. Biz dekabr ayında məhbus mübadiləsi baxımından irəliləyiş gördük. Biz ermənilərin COP29-a ev sahibiyi etmək təklififini Azərbaycanın xeyrinə geri çəkməsindən irəliləyiş görürük. Biz xarici işlər nazirlərinin Minsk Qrupu həmsədrləri vasitəsilə əvəzinə birbaşa danışmasında irəliləyiş görürük. Eyni zamanda Birləşmiş Ştatlar, Almaniya, Aİ tərəfindən tərəfləri qalıcı, ləyaqətli, davamlı sülh inşa etmək məqsədilə bir araya gətirməyə kömək etmək üçün bir təkan var. Bu asan olmayacaq, amma mən Almaniyadakı görüşdən hər hansı elan gözləmirən, amma əlbəttə ki, görmək yaxşı olardı. Ancaq mən düşünürəm ki, biz başa düşməliyik ki, bunlar çətin danışıqlardır. İki tərəfin bir-biri ilə üzərində işləməli olduğu çox məsələ var, və onların öz əhaliləri ilə üzərində işləməli olduğu da çox məsələ var.
Amerikanın Səsi: ABŞ dövlət katibi Antoni Blinken də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan və Azərbaycan liderləri ilə görüşüb. Dövlət katibi Blinken Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişinin əldə edilməsi səylərini müzakirə edib. Dövlət Katibi ABŞ-ın bu səylərin uğurla başa çatmasına dəstəyini bir daha vurğulayıb. Hazırda Ukraynada və Qəzza zolağında gedən iki böyük münaqişəni və bu münaqişələrin hər ikisinin ABŞ-ın diqqətinin böyük hissəsini cəlb etdiyini, həmçinin ABŞ-da seçki ili olduğunu nəzərə alsaq, ABŞ Azərbaycanla Ermənistan arasında sülh səylərinə nə qədər dəstək ola bilər?
Robert Sekuta: Məncə ABŞ əhəmiyyətli dəstək verə bilər və məncə bunu edir də. Birləşmiş Ştatların statusu ilə bağlı bir məsələ odur ki, biz bir neçə şeyi eyni anda etməliyik. Bizdən eyni anda bir neçə işi görməyimiz gözlənilir. Bu ədalətli olmaya bilər, amma Birləşmiş Ştatların dünyada oynadığı və oynamalı olduğu və oynaması gözlənilən rolu nəzərə aldıqda, bu belədir. Mən səfir olduğum zamanlarda dövlət katiblərinin Azərbaycan və Ermənistanla maraqlanmasını təmin etmək çox çətin idi. Bizim dövlət katibi Kerri ilə, dövlət katibi Klinton ilə müəyyən uğurlarımız olub bu sahədə. Amma dövlət katibi Blinken bunu öhdəsinə götürüb. Onun bu məsələni həll etmək üçün Prezident Əliyev, Baş nazir Paşinyanla, xarici işlər naziri həmkarları ilə bir neçə dəfə görüşməsi – real, ciddi, qətiyyətli bir cəhddir. Və məncə sizin sualınızdakı məqam kritikdir. Belə ki, Dövlət katibinin Qəzzaya ayırdığı vaxta, ABŞ hökumətinin Ukrayna üçün göstərdiyi çox böyük səylərə baxmayaraq, dövlət katibi Ermənitan-Azərbaycan münaqişəsini agendasına daxil edir və onu təqib edir. Bu, bir dəfəlik bir görüş deyildi. O, qapını açıb, məsələni aşağı vəzifəli rəsmilərin öhdəsinə buraxmır. O, məşğul olur, telefonla zəng edir. O Münhendə həm Paşinyan, həm də Prezident Əliyevlə görüşüb. Bunlar öncədən planlaşdırılmış görüşlər idi, çünki mən bilirəm ki, məsələ ilə məşğul olan insanlar da onunla getmişdi. Yəni bu görüşlər üçün plan var idi. Bu da mənə onu göstərir ki, Birləşmiş Ştatlarda ən yüksək səviyyədə iki tərəfi bir araya gətirmək üçün əlimizdən gələni etmək üçün qərarlı bir səy var. Biz onları sülhə məcbur edə bilmərik. Bu önəmli bir məqamdır. Məncə ictimaiyyət bəzən bunu unudur. Biz sülhü məcbur edə bilmərik, amma yardım edə bilərik. Və məncə Dövlət katibi Blinken də yardım etmək üçün əlindən gələnin ən yaxşısını edir.
Amerikanın Səsi: ABŞ və Azərbaycan münasibətləri artıq bir müddətdir ki, tənəzzüldədir. ABŞ Dövlət katibi Antoni Blinken Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb. ABŞ-ın Azərbaycandakı səfirliyi fevralın 29-da bildirib ki, Dövlət katibinin enerji resursları bürosunun müavininin köməkçisi Kimberli Harrinqton Bakıda səfərdədir və orada hökumət rəsmiləri ilə görüşəcək və ABŞ-ı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasında təmsil edəcək. Bəzi analitiklər hesab edirlər ki, onun səfəri ABŞ-ın Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsinə sadiqliyini vurğulayır. Sizin fikrinizcə, ABŞ-Azərbaycan münasibətləri yaxın zamanda yaxşılaşacaqmı və iki ölkə arasında daha yaxşı münasibətlər bütün region üçün nə ifadə edir?
Robert Sekuta: Mən ilk olaraq sualınızın son hissəsinə cavab verəcəm. Bunun bir çox mənası ola bilər. Bu, Azərbaycanın böyüklüyünə, Xəzəryanı ticarət, nəqliyyat və informasiya baxımından mühüm roluna görə həqiqətən vacib ola bilər. Fiber optik kabel əlaqələri kimi məsələləri də unutmayaq. Kimin görüşü, məncə, ənənəvi görüşdür və mən 2015-ci ildə səfir olmadan öncə də bunlar olurdu. Yəni Cənub qaz dəhlizinə diqqət yetiriilidi, və cənub qaz dəhlizinin inşası, və müxəlif tərəflərin – ABŞ, Aİ, Azərbaycan, şirkətlər, beynləxalq maliyyə qurumlarının bu layihənin həyata keçirilməsinə yardım etmək üçün nələr edə biləcəklərinə diqqət yetirildi. Bu layihə artıq hazırdır. istismara verilib və ələlxüsus da Rusiyanın Ukraynada etdikləri fonunda Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu görüş isə məncə maraqdır, çünki təkcə Cənub qaz dəhlizi ilə bağl deyil, həm də yaşıl enerji ilə əlaqədardır. Yəni, bu, təkamülün əlamətidir və açığını desəm, bizim xaric siyasətin əsas aspektlərindən biri olan enerji baxımından çox alqışlanan bir təkamüldür. Bizim xarici siyasətin çox vaxib olan digər iki aspekti regional sabitlik, təhlküəsizlik və insan hüquqlarıdır ki, məncə dövlət katibi Blinkenin Prezident İlham Əliyevlə insan hüquqları barədə danışdığını qeyd etdiyini görmüsünüz. Mən Kimin müzakirə edəcəyi mövzuların nə olduğunu bilmirəm. Hökumətdən uzaqlaşmağın müsbət tərəflərindən biri də məhz budur. Amma mən hesab edirəm ki, biz burada münasibətlərin əhəmiyyətini, Birləşmiş Ştatların Azərbaycanla işləmək, güclü və müsbət əlaqələr qurmaq əzmini görürük. Bz çətinlik çəkdiyimiz sahələrin olduğunun fərqindəyik. İkitərəfli münasibətlərdə hər zaman çətin olan sahələr olur, amma biz həm də onlara yardım etmək üçün əlimizdən gələni etmək niyyətindədyik və Azərbaycanın da bizin onlara yardım etməyimizə yardım etməsinə ehtiyacımız var. Yəni məncə məsələ budur. Amma mən əminəm ki, Kim Avropadakı bugünkü vəziyyət baxımından, Rusiyanın Ukraynaya hücumu baxımından, ümumi enerji vəziyyətini və bizim gələcəkdə hansı istimaqətə doğru getdiyimizi və iqlim dəyişikliyi ilə bağlı reallıqları nəzərə aldqla daha yaşıl, daha az karbon intensiv gələcəyə aparan yolu müzakirə edəcək.