Riçard Morninqstar: Sözlərimin hamısının arxasında axıracan dayanıram [Video ]

Your browser doesn’t support HTML5

Riçard Morninqstar: Sözlərimin hamısının arxasında axıracan dayanıram

ABŞ səfiri Amerika şirkətlərinin qaz layihələrində iştirakında maraqlı olduğunu deyib və Azadlıq radiosuna müsahibəsindən danışıb
İyunun 3-də ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin təşkil etdiyi birgə qəbul zamanı ABŞ-ın Azərbaycandakı səfiri Amerikanın Səsinin suallarına cavab verib.

O ilk öncə vurğulayıb ki, əsrin müqaviləsi imzalanandan (1994-cü ilin sentyabrında imzalanıb-müəllif) indiyədək Azərbaycan çox böyük irəliləyiş əldə edib. “Hazırda Cənub qaz dəhlizinin həyata keçirilməsi davam etdirilir. Biz ABŞ olaraq bu layihənin həyata keçirilməsində Azərbaycana kömək etməyə hazırıq”.

Səfir bu gün Xəzər neft-qaz sərgisində prezident Obamanın konfrans iştirakçılarına ünvanladığı məktubu diqqətə gətirib. “Məktubda bir daha bizim ölkənin enerji məsələlərində Azərbaycanla əməkdaşlığa sadiq olması təsdiqlənib”, o qeyd edib.

Amerikanın Səsi: Siz Azərbaycana səfir kimi gələndə ilk bəyanatınız bu oldu ki, Azərbaycanda neft-qaz sektorunda Amerika şirkətlərinin iştirakçılığı azdır. Səfirliyiniz dövründə bu iştirakı artacağını dediniz. Amma üfüqdə bir dənə belə Amerika şirkəti görünmür. Səbəbi nədir?

Riçard Morninqstar: Qeyd etmək istəyirəm ki, Amerikanın
Bir sıra digər ABŞ şirkətləri isə qarşıdan gələn illərdə həyata keçiriləcək qaz layihələrində iştirak etmək marağındadır.
aparıcı böyük neft şirkətləri Azəri-Çıraq-Günəşli yatağında iştirak edir. Eyni zamanda bir sıra ABŞ şirkətləri Şahdəniz layihəsində podaratçı qismində iştirak edir. Bir sıra digər ABŞ şirkətləri isə qarşıdan gələn illərdə həyata keçiriləcək qaz layihələrində iştirak etmək marağındadır.

Amerikanın Səsi: Azərbaycan rəsmilərinin sizin müsahibənizə (Azadlıq radiosuna müsahibəsi nəzərdə tutulur) münasibətini necə qiymətləndirərdiniz? Həmin bəyanatları bu gün də təsdiq edirsinizmi?

Riçard Morninqstar: Mən əslində bu axşam siyasətdən deyil, enerji məsələlərindən danışmaq istəyərdim. O müsahibəyə
Mən özüm Azərbaycanın dostu olaraq qalıram.
gəldikdə isə mən hər bir kəsi həmin müsahibə ilə veb saytda başdan-ayağacan, axıra qədər tanış olmağa çağırıram. Mən dediyim sözlərimin hamısının arxasında axıracan dayanıram. Eyni zamanda mənim fikirlərimlə istənilən bir şəxsin razılaşmamaq hüququnu da başa düşürəm və qəbul edirəm.

Mən bir daha hər kəsi bizim səfirliyin veb saytında yerləşdirilmiş həmin müsahibənin ingilis və azərbaycan versiyaları ilə başdan axıracan tanış olmağa və həmin konteksti nəzərə alaraq mənim fikirlərimin, sözlərimin ədalətli və balanslı tarazılaşdırılmış olmasının şahid olmağa çağırıram.

Mən bir daha qeyd etmək və təsdiqləmək istəyirəm ki, ABŞ-la Azərbaycan arasındakı əlaqələr güclü olaraq qalır. Mən özüm Azərbaycanın dostu olaraq qalıram. Mənim həm hökumətin daxilində, həm də hökumətdən kənarda müxtəlif insanlarla çox yaxşı əlaqələrim var.