ABŞ səfiri Göygöldə baytarlıq laboratoriyasının açılışında iştirak edib
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov ilə birgə ABŞ hökumətinin maliyyə dəstəyi ilə təmir edilmiş Göygöl Zona Baytarlıq Laboratoriyasının açılış mərasiminə qatılıb.
ABŞ-ın Təhlükəsizliyin Azaldılması üzrə Müdafiə Agentliyi (DTRA) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyininın Dövlət Baytarlıq Xidməti ilə əməkdaşlıq çərçivəsində Göygöl laboratoriyasını təmir edilməsi və ən son baytarlıq xəstəliklərinin aşkarlanması və müalicəsi avadanlıqları ilə təmin edilməsinə təxminən bir milyon dollar vəsait xərcləyib. DTRA Qax, Quba, Sabirabad və Bərdədə bu kimi baytarlıq laboratoriyalarının yenilənməsini maliyyələşdirib.
Ötən on il ərzində DTRA Azərbaycanda təxminən 100 milyon dollar vəsait xərcləyib. Bu vəsait radar sistemlərinin qurulması və gəmi bazalarının tikintisi, gəmilərin təmiri, habelə Azərbaycanın laboratoriya şəbəkəsinin inkişafına yönəldilib.
Səfirlik bildirir ki, bu fəaliyyətlər ABŞ hökumətinin azərbaycanlııların təhlükəsizliyi və rifahının yaxşılaşdırılması üçün azərbaycanlı tərəfdaşlarla birgə işinin bir hissəsidir.
“İnanıram ki, bu əməkdaşlıq Azərbaycan və həmin bölgənin əhalisinin sağlamlıq və təhlükəsizliyini təmin etmək baxımından önəmli olmuşdur. Buradakı fəaliyyətimiz iqtisadiyyatın şaxələndirilməsi və kənd təsərrüfatı sektorunun inkişafı üzrə Azərbaycanın öz məqsədlərinə nail olmaq sahəsində ortaq marağımıza xidmət edir”, deyə səfir Morninqstar bildirib.
DTRA-nın fəaliyyəti Birləşmiş Ştatlar hökumətinin Azərbaycanın gələcəyinə qoyduğu investisiyanın bir hissəsidir.