"Əslində bu, bir anlamda şərtlərimizi ortaya qoymaqdır," deyə İran Federal Cümhuriyyəti konstitusiya qaralamasını təklif edən Təbriz Araşdırmaları İnstitutunun başqanı Məhəmməd Rza Heyət Amerikanın Səsinə bildirir. "Yəni bu qədər ayrı-seçkilik, zülm, basqı və ixtilafdan sonra biz müəyyən şərtlərdə bir arada yaşaya bilərik. Bu şərtlər olmasa, bir arada yaşamaq imkanı olmayacaq."
Your browser doesn’t support HTML5
Mətni müəyyən bir səviyyəyə gətirdikdən sonra, ana yasa hüquqçuları ilə oturduq və maddələri tək-tək incələdik ki, hüquqi baxımdan problem çıxmasın və ya maddələr arasında ziddiyyət olmasın.
Təbriz İnstitutunun təklif etdiyi 4 fəsil, 9 bölmə və 113 maddədən ibarət konstitusiya mətninə görə, İran Federal Cümhuriyyəti Azərbaycan, Əhvaz, Bəluçistan, Türkmən-Səhra, Xorasan, Fars, Kürdüstan, Gilan və Luristan əyalətlərinin birliyindən təşkil olunur və hər əyalətin özünə məxsus rəsmi dili olmaqla bərabər, türkcə və farsca əlavə olaraq federal dövlətin rəsmi dilləri kimi nəzərdə alınıblar.
Məhəmməd Rza Heyət qaralamanın hazırlanması üçün təqribən 30 ölkənin konstitusiyasının tədqiq edildiyini deyir.”
“Dörd ay çalışdıq. Dünyadakı 30 ana yasanı incələdik. Bunların çoxu federal, iki-dilli ya çox-dilli ölkələrin ana yasaları idi. Əlavə olaraq, İranın məşrutə ana yasası, indiki ana yasa və İrana qonşu olan bir neçə ölkənin ana yasasını incələdik. Sadəcə dil baxımından deyil, federal struktur və demokratik ölçülər baxımından da incələyib notlarımızı aldıq.”
Qaralama mətni konstitusiya hüquqşünaslarının təsdiqini aldıqdan sonra nəşr edilib.
“Mətni müəyyən bir səviyyəyə gətirdikdən sonra, ana yasa hüquqçuları ilə oturduq və maddələri tək-tək incələdik ki, hüquqi baxımdan problem çıxmasın və ya maddələr arasında ziddiyyət olmasın. Hüquqçuların təsdiqini aldıqdan sonra bunu saytımızda yayımladıq,” deyə Ankara Universiteti müəllimi qeyd edir.
Pəhləvilər dönəmində əyalətlərin özünü idarə etməsi qüvvədən düşdü. Amma bu yenə də bir çox şəxsiyyət tərəfindən gündəmə gətirilib. Məsələn, bunu Xiyabani da gündəmə gətirib, Pişəvəri də, Ayətullah Şəriətmədari də
Heyətin sözlərinə görə, “İran kimi çox-etnikli ya çox-millətli ölkələrdə əyalətlərin özlərini idarə edə bilməsi artıq bir zərurət sayılır. Bu İran üçün yeni bir şey deyil. Çünki, məşrutə inqilabında əyalətlərin özünü idarə etməsi və muxtariyyət məsələsi modern anlamda ilk dəfə gündəmə gəldi, məşrutə konstitusiyasında yer aldı və həyata keçirildi.”
Təbriz İnstitutunun başqanı hazırda və İranın müasir tarixində bir çox siyasi-ictimai cərəyanın siyasi muxtariyyət tələbləri və federal dövlət rejimi fikrinə verdikləri dəstəyə işarə edir:
“Pəhləvilər dönəmində əyalətlərin özünü idarə etməsi qüvvədən düşdü. Amma yenə də, fərqli siyasi düşüncə və görüşlərə sahib olmalarına rəğmən, bir çox şəxsiyyət tərəfindən zaman-zaman gündəmə gətirilib. Məsələn, bunu Xiyabani da gündəmə gətirib, Pişəvəri də, Ayətullah Şəriətmədari də.”
Hal hazırda da həm ölkə daxili həm də xaricdə fəaliyyət göstərən bir çox siyasi qrupun federal hökümət sisteminə müsbət baxdıqlarını önə çəkən Məhəmməd Rza Heyətin söylədiklərinə görə, “bunların heç biri, hansı federalizm modelini təklif etdiklərinə; federal struktura keçiş zamanı ölkənin necə idarə olunacağına; həmçinin parlament, dövlət orqanları və əyalət dövlətlərinin strukturuna dair ətraflı məlumat verməyiblər.”
Əslində bu bir anlamda da şərtlərimizi ortaya qoymaqdır. Yəni biz bəlli şərtlərdə bir arada yaşaya bilərik. Bu şərtlər olmasa bir arada yaşamaq imkanı da olmayacaq.
“Bu vəziyyətdə biz bunu müzakirəyə açmaq üçün yayımladıq,” deyə o, əlavə edir.
Heyət bu qaralamanın yayımlanmasını eyni zamanda İranda müxtəlif icmaların bir arada yaşaması üçün lazımi şərtlərin ortaya qoyulması kimi dəyərləndirir.
O deyir ki, əsas hədəflərdən biri də məhz bu idi: "Bu qədər basqı, ayrımçılıq, zülm və ixtilafdan sonra, gerçəkdən bizim vətəndaş olaraq yaşaya biləcəyimiz ölkə necə ola bilər? Əslində bu bir anlamda da şərtlərimizi ortaya qoymaqdır. Yəni biz bəlli şərtlərdə bir arada yaşaya bilərik. Bu şərtlər olmasa bir arada yaşamaq imkanı da olmayacaq."
Məhəmməd Rza Heyət son vaxtlar monarxiya tərəfdarlarının fəal şəkildə gündəmdə olduqlarına diqqət çəkərək əlavə edir ki, onun kimi fəalları hərəkətə gətirən önəmli ünsürlərdən "elə bu şahçıların son zamanlarda aktivləşməsi" oldu:
"Belə düşündük ki, İranda bir dəyişiklik olacaqsa, bununla əlaqədar ən çox qərar vermə və fikrini ortaya qoyma haqqı bəlki də türklərə aiddir. Niyə? Çünki biz, Pəhləvilərin gəlməsi ilə sadəcə dilimizi itirmədik. Biz orada bir hakimiyyəti də itirdik. Həm də qeyri-məşru bir şəkildə itirdik."