Dünya Riyaziyyat günü

Dünya Riyaziyyat günü

Oktyabrın 15-i Dünya Riyaziyyat Günüdür və bu gün dünyanın hər bir tərəfindən tələbələr riyaziyyat üzrə canlı yarışmaya qatılır. Şübhəsiz ki, riyaziyyatın insan həyatında rolu çox böyükdür və texnologiyanın dominantlıq etdiyi bir vaxtda riyaziyyatın əhəmiyyəti də artır.

ABŞ-ın Azərbaycandakı səfirliyi belə bir gündə riyaziyyat üzrə Azərbaycan əsilli amerikalı professor Lütfi Zadə və onun elmə olan töfhələri haqqında yazıb.

Lütfi Zadə

Lütfi Zadə dünyada qeyri-səlis məntiq nəzəriyyəsi ilə məşhurlaşıb. Onun nəzəriyyəsinə görə, ətrafımızda olan hər şey - mütləq şəkildə hesablana bilməz və qeyri-müəyyəndir.

Lütfi Zadə 1921-ci ildə Bakı şəhərində anadan olub, magistr üzrə təhsilini Massaçusetts Texnologiya İnstitutunda, elmi dərəcəni isə Kolumbiya Universitetində alıb. 1959-cu ildən etibarən Berkli Universitetində dərs deyir.

Azərbaycanın onun bir şəxsiyyət kimi formalaşmasında rolu haqqında sualına cavab olaraq deyib ki, “mən mübahisə etməkdən çəkinmirəm. Çox inadkar insanam və məhz buna görə qeyri-səlis məntiq nəzəriyyəsini kəşf etməyə nail olmuşam".