Riyadda onlarla insan aksiya keçirib

  • Amerikanın səsi

Riyadda onlarla insan aksiya keçirib

Səudiyyə Ərəbistanının paytaxtı Riyadda Daxili İşlər Nazirliyi qarşısında onlarla insan terrorizm ittihamı ilə məhkəməsiz həbs edilən insanların azadlığa buraxılması tələbi ilə aksiya keçirib. Nümayişçilər daxili işlər naziri, şahzadə Məhəmməd Bin Nayeflə görüşmək istəyib. Səudiyyə Ərəbistanında qonşu ölkələrdə baş qaldıran etirazlar kimi iğtişaşlara yol verilməməsi üçün nümayişlər qadağan edilib. Cümə günü polis Riyadda “Qəzəb günü” yürüşü cəhdinin qarşısını almışdı.