Riçard Kazlariç: Rusiya Ermənistanla Azərbaycan arasında sülh yaratmaqda maraqlı olan neytral müstəqil tərəf kimi qiymətləndirilə bilməz

Your browser doesn’t support HTML5

Riçard Kazlariç: Rusiya Ermənistanla Azərbaycan arasında sülh yaratmaqda maraqlı olan neytral müstəqil tərəf kimi qiymətləndirilə bilməz

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi təyin edilmiş səfir Filip Riker bu həftə regiona səfər edir. Dövlət Departamentinin bildirdiyinə görə, Ermənistan, Gürcüstan və Azərbaycana səfər zamanı region üçün əsas məsələlərin müzakirə ediləcəyi gözlənilir. Səfir Riker Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsinə dövlət katibi Antoni Blinken tərəfindən keçən ay təyin edilib. Bəzi təhlilçilər onun təyinatının ABŞ-ın regionda rolunu artırmaq səylərinin bir hissəsi kimi qiymətləndirdiklərini bildirir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə səfərlə bağlı gözləntilərindən bəhs edib.

Cənab Kazlariç: ABŞ Dövlət katibi Antoni Blinken cənab Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsinə təyin edib. O bu vəzifədə ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi də fəaliyyət göstərəcək. Səfir Riket bu həftə regiona səfər edəcək və bu onun bu vəzifədə regiona ilk səfəri olacaq. Sizin onun səfəri ilə bağlı gözləntiləriniz nədir?

Riçard Kazlariç: Təyinatın özü baxımından, səfir Riker təcrübəli diplomatdır. Mən onu keçmişdə Balkan problemləri üzərində işlədiyi zamanlardan tanıyıram. O, Avropa məsələləri, o cümlədən hazırda Cənubi Qafqazda baş verənlərlə bağlı dərin biliyə malikdir. Ona görə də, bu rol üçün ondan yaxşısı ola bilməzdi. Zənnimcə, gözləntilərim odur ki, bu, onun üçün yaxşı fürsətdir. Mən onun ilk hansı ölkəni ziyarət edəcəyini bilmirəm, amma aydındır ki, səfərdə diqqət mərkəzində regional məsələlər olacaq.

Aydındır ki, Ermənistanla Azərbaycan arasında davam edən münaqişə çox mühümdür. Ancaq orada başqa məsələlər də var, məsələn Gürcüstandakı kimi. Və onun Gürcüstanla bağlı gedən proseslərə görə də müəyyən məsuliyyəti var. Ona görə də, hesab edirəm ki, onun üçün ən yaxşı nəticə hər üç ölkənin liderlərinin dediklərinə qulaq asmaqdır. Onun təyinatı onu göstərir ki, Birləşmiş Ştatlar ABŞ-ın Cənubi Qafqazda cəlb olunmaq üçün hələ də vacib səbəblərinin olduğuna inanır. Mən bu səfərin nəticələrinin bunlar olacağına ümid edirəm.

Amerikanın Səsi: Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, “Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər.” Bu bəyanata münasibətiniz nədir?

Riçard Kazlariç: Bilirsiniz, məncə bu anlaşılmazdır. Dövlət katibi Blinkeni regionla maraqlanmaq üçün yüksək səviyyəli təcrübəli rəsmini təyin etdiyinə görə təbrik etmək əvəzinə, onlar Minsk Qrupu məsələsi səbəbilə Səfir Rikerə hücum etməyə üstünlük verdilər. Mən başa düşürəm ki, rəsmi Bakının Minsk Qrupunu nüfuzdan salmaq üçün səbələri var. Bu anlaşılandır. Onlar bunu cənab Riker Bakıya getdiyi zaman müzakirə edə bilərdi. Amma mən başa düşmürəm ki, bunu niyə edirlər? Bunun üçün heç bir səbəb yoxdur. Dövlət katibinin açıqlamasında Bakı üçün narahatlıq doğuracaq heç nə yoxdur. Həqiqət isə budur ki, Minsk Qrupu mövcuddur. Və məncə o mövcud omayanadək onun amerikalı həmsdərinin olmasını təmin etmək lazımdır. Bilirsiniz, bu, futbola bənzəyir. Azərbaycan ABŞ-ın oynaya biləcəyi bir rolda Ermənistanla sülh qurmaq prosesini irəlilətmək üçün Birləşmiş Ştatlarla işləməyə çalışmaq əvəzinə, öz qapısını qol vurdu. Kaş ki, mən onları daha yaxşı anlaya bilsəydim. Bəlkə də, mən nəyi isə bilmirəm, amma bu, sadəcə olaraq lazımsız təxiribat kimi görünür.

Və bilirsiniz, mən bilirəm ki, o oraya , Birləşmiş Ştatların regionda nail olmaq istədiklərini təsvir etməyə can ataraq gedəcək və ümid edirəm ki, müzakirələr buna əsaslanacaq.

Amerikanın Səsi: Sentyabrın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub. Tərəflər regional vəziyyət, o cümlədən münasibətlərin normallaşması səyləri, ikitərəfli gündəlikdə duran məsələləri müzarikə ediblər. Bundan bir neçə gün öncə isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel prezident İlham Əliyev və Baş nazir Paşinyan ilə üçtərəfli görüş keçirib. Bu, onların bu formatda dördüncü görüşü olub və tərəflər diqqəti Cənubi Qafqazda son hadisələrə və Avropa İttifaqı ilə hər iki ölkə arasındakı münasibətlərə yönəldiblər. Bunları nəzərə aldıqda, biz ABŞ və Aİ-nin regionda daha böyük rol oynacağını gözləyə bilərikmi?

Riçard Kazlariç: Nə ilə müqayisədə daha çox? Mən düşünürəm və aydındır ki, Avropa İttifaqı son dərəcə müsbət rol oynayıb, o mənadakı biz Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə bir sıra görüşlərin keçirildiyə şahid olmuşuq. Və bu məhz belə olmalıdır da.

Mən artıq aylardır deyirəm ki, bu prosesdə vasitəçilərə ehtiyac yoxdur, ancaq bir sıra məsələlərlə bağlı birbaşa üzbəüz müzakirələrə ehtiyac var. Və bilirsiniz, sərhəd məsələsi kimi məsələlərin ikitərəfli çərçivədə müzakirə edildiyini görəndə müsbət mənada çox təəccübləndim. Bundan əlavə, bölgədə, Dağlıq Qarabağ yaxınlığında az işıqlandırılan çox maraqlı su məsələsi var ki, ermənilər və azərbaycanlı rəsmilər çox birbaşa şəkildə bu suyun necə idarə olunmalı olduğunu müzakirə ediblər. Mən hesab edirəm ki, məhz bu cür əlaqə olmalıdır.

ABŞ bunların hər hansı birində kömək edə bilərmi? Bilmirəm. Ümid edirəm ki, biz bu cür əlaqələrin davam etməsini təşviq edə bilirik, çünki sülhü belə əldə etmək mümkündür. Ümid edirəm ki, cənab Riker Bakı və Yerevanda da məhz bunu edəcək. Avropa İttifaqının bu məsələyə birbaşa maraq göstərməsi ruhlandırıcıdır. Amma ümid edirəm ki, müəyyən bir nöqtədə hətta Aİ belə daha az rol oynayacaq, çünki ikitərəfli əlaqələr davam edəcək.

Və hələ də birbaşa olaraq toxunulmayan çox sayda məsələlər var ki, bunlara nəqliyyat, minaların təmizlənməsi, didərgin düşən insaların geri qaytarılması daxildir. Bütün bu məsələr birbaşa üz-üzə danışıqlar vasitəsilə müzakirə olunmalıdır və mən inanıram ki, onlar sonunda sülh razılığı ilə nəticələnəcək.

Amerikanın Səsi: Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda və Moskvanın Dağlıq Qarabağda sülhməramlıların olduğunu nəzərə aldıqda, Rusiyanın gələcəkdə regiondakı rolu nə olacaq?

Riçard Kazlariç: Rusiyanın Ukraynadakı davranışı nəzərə aldıqda, mən bilmirəm ki, Rusiya necə Ermənistanla Azərbaycan arasında sülh yaratmaqda maraqlı olan neytral müstəqil tərəf kimi qiymətləndirilə bilər. Buna işarə edən heç nə yoxdur.

İki lider və ya başqa yüksək səviyyəli rəsmilər Brüsseldə görüşdüyü zaman, Mokvada da bənzər görüşün keçirilməli olduğuna dair düşüncə məni narahat edir.

Bilirəm ki, insanlar deyir ki, bəs bütün xəritələr Rusiyadadır, ona görə də, sərhədlər barədə söhbət gedəndə, onlara ehtiyac olacaq. Amma bu düz deyil, sadəcə olaraq düz deyil. Sərhəd məsələri 19 və ya 20-ci əsrə aid hər hansı xəritə əsasında həll olunmayacaq. Bu məsələ hər iki ölkənin 21-ci əsrdə sülh qurmağa yönəlmiş maraqları əsasında həll olunacaq. Ona görə də, mən Rusiyanın pozitiv rol oynadığına nikbin deyiləm. Mən Rusiyanın sülhəramlı qüvvələrinin orada olduğuna görə çox məyusam, çünki məncə indi, üç il sonra Azərbaycan və ya Ermənistan onların getməsini istəsə, ruslar sülhməramlılarını geri çəkməyəcək. Ona görə də bilmirəm, Ukraynadakı vəziyyəti nəzərə aldıqda Rusiyanın hər hansı müsbət rol oynadığını görmək mənim üçün çox çətindir.