Con Riçardson: Amerikanın Qırmızı dənizdəki hərbi gəmisi yenidən hücuma məruz qalıb

ABŞ admiralı Amerikanın Qırmızı dənizdəki hərbi gəmisinin yenidən raket hücumuna məruz qaldığını bildirib. Con Riçardsonun dediyinə görə, hücumların qarşısının alınması üçün raketvuran qurğulardan istifadə edilib.

Riçardson son hücumla bağlı məlumat verərəkən, nə qədər raketing atıldığı barədə her nə deməyib.

Con Riçardson

Son həftə ərzində ABŞ hərbi gəmisi üçüncü dəfədir ki, hücuma məruz qalır.

Raketlər gəmilərə dəyməyərək, yaxınlıqdakı sulara düşüb. Hədəflər USS Mason və USS Ponce gəmiləri olub.

Eskadrilya minanosu Mason elektronik əks-tədbirlər görərək birinci hücumun qarşısını alıb. Ponce gəmisini hədəf alan ikinci mərmi isə özü-özlüyündə uğursuz olub.

Rəsmilər bazar günü iki raketin bir saat ərzində atıldığını deyib.

Hücumlar Yəməndə hakimiyyəti devirməyə çalışan Huti üsyançılarının nəzarət etdiyi ərazidən qaynaqlanıb. İranın dəstəklədiyi Hutilər beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Prezident Əbdu Rabu Mənsur Hadini devirmək üçün mübarizə aparırlar.

ABŞ ordusu Hutilərin mövqelərini hədəf alan Səudiyyə Ərərbistanının başçılıq etdiyi koalisya qüvvələrini kəşfiyyat və logistika yardımı ilə təmin edir.

İran ötən həftə iki hərbi gəmisini Qırmızı dənizə yollayıb.