Nyu Yorkda tanınmış foto-jurnalist Rza Diqqətiyə Əfqanıstan haqda foto-reportaja görə Beynəlxalq Foto Mərkəzin prestijli İnfinity mükatafı təqdim edilib. Rza Diqqəti özü bu silsilə şəkilləri nağıllarda olduğu kimi "Biri vardı, biri yoxdu, bir rus imperiyası vardı" adlandırır.
Artıq 30 ilə yaxındır Əfqanıstana daim səfər edən Rza Diqqəti deyir ki, sovet işğalı indinin özünə qədər əfqanlara təsirlərini göstərir. "Ölkənin hər yeri tanklarla doludur, insanlar onlardan müxtəlif şəkildə istifadə "-edir deyə o, müsahibəsi zamanı bildirib.
Rza Diqqəti ilk dəfə Əfqanıstana 1983-cü ildə sovet ordusunun ölkəni işğal etməsindən bir neçə il sonra gedib. "O zaman qaçaq yolla gedirdik ki, ruslar bizi görməsin"-deyə o söyləyir. Foto-jurnalistin sözlərinə görə, bu şəkilləri çəkməkdə əsas məqsəd insanlara işğalçı ambisiyalarla ölkəyə gələn ən böyük ordunun da məğlub olduğunu göstərməkdən ibarətdir.
Rza Diqqəti mükafatı İranda azadlıq uğrunda mübarizə aparan jurnalistlərə həsr etdiyini deyir. "İiran rejiminin azadlıq istəyən insanların başına nələr gətirməsinə baxmayaraq, orada jurnalistlərin baş verənlər haqda xəbər verməsi böyük şücaətdir. Mən də ona görə bu mükafatı onlara ithaf edirəm"-deyə Rza Diqqəti bildirib.
İnfinity mükafatı 1985-ci ildə təsis edilib və dünyanı bizə dəyişik bir şəkildə göstərə bilən fotoqraflara verilir.