Reymond Deyvisin işi ilə bağlı məhkəmə qərar çıxarmayıb

Reymond Deyvisin işi ilə bağlı məhkəmə qərar çıxarmayıb

ABŞ rəsmiləri deyiblər ki, Deyvidə diplomatik toxunulmazlıq verilməlidir

İki pakistanlını qətlə yetirməkdə ittiham olunan amerikalı kontraktor cinayətə cəlb olunub-olunmayacağını müəyyən etmək üçün gələn həftəyə qədər gözləməlidir.Pakistan məhkəməsi bu gün 36 yaşlı Reymond Deyvisin işi ilə bağlı qərar çıxarmadan iclası təxirə salıb.Pakistan rəsmiləri Deyvidi yanvarın 27-si Lahor şəhərində Mərkəzi Kəşfiyyat idarəsi üçün müqavilə əsasında işləyən zaman iki nəfəri güllə ilə vurub öldürməkdə ittham ediblər.ABŞ rəsmiləri deyiblər ki, Deyvidə diplomatik toxunulmazlıq verilməlidir.Onlar eyni zamanda, Deyvidin qarət olunarkən özünü müdafiə etmək məqsədi ilə atəş açdığını bildiriblər.