ABŞ-da yüzlərlə qanunsuz mühacir nəzarət altına alınıb

ABŞ-da ötən həftədən bəri start verilən reydlər nəticəsində yüzlərlə qanunsuz mühacir nəzarət altına alınıb. Reydlərin prezident Donald Trampın sərəncamı ilə əlaqəsi olmadığı iddia edilir.

Tramp bu gün Twitter hesabında "qanunsuz kriminallara qarşı basqıları kampaniya vədlərinə əməl edilməsi" adlandırıb.

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin sözçüsü Gillian Kristensen The Washington Post- a bildirib ki, reydlər müntəzəm şəkildə həyata keçirilən əməliyyatların bir hissəsidir.

Biz ictimai təhlükəsizliyə, mühacirət sisteminin dürüstlüyünə hədə törədən insanları hədəf alırıq

​“Biz ictimai təhlükəsizliyə, mühacirət sisteminin dürüstlüyünə hədə törədən insanları hədəf alırıq” -deyə Gillian Kristensen qəzetə bildirib.

Mühacirət və Gömrük İradəsinin sözçüsü Cennifer Elza Fransanın xəbər agentliyinə əməliyyatın digrlərindən fərqi olmadığını deyib.

Reydlər Atlanta, Çikaqo və Los Anjeles şəhərləri daxil edilməklə, 6 ştatda həyata keçirilib, 160-da çox adam nəzarət altına alınıb.

Los Anjelesdə nəzarət altına alınanların 75 faizinin cinayət ittihamları olduğu və Trampın sərəncamı ilə heç bir əlaqəsi olmadığı bildirilir.

Trampın ötən ay imzaladığı sərəncam 11 milyon qanunsuz mühaciri hədəf alır.