Reuters jurnalistlərinin apellyasiya şikayəti təmin edilməyib

Myanmanın Ali Məhkəməsi Reuters-in iki jurnalistinin apellyasiya şikayətini təmin etməyib.

Məhkəmə onların 7 illik həbs hökmünün qüvvədə saxlanmasına heç bir izahat verməyib.

Ua Lon və Kyau Oo polis və əsgərlərin 10 Rohinca müsəlmanının kütləvi qətlini araşdırırdı.

Jurnalistlərin vəkili Khin Manq Zau bunu ölkənin prestijinə, ifadə və mətbuat azadlığına zidd adlandırıb.

32 yaşlı Ua Lon və 38 yaşlı Kyau Oo-yə qarşı ölkənin rəsmi kəşfiyyat aktını pozmaq ittihamları irəli sürülüb.

Həbslər Myanmanın demokratiya yolunda irəliləməsinə dair suallar doğurub. İnsan hüquqları müdafiəçiləri həbslərə qəzəblərini bildirir.