Açıq Cəmiyyət Partiyası demokratiya dinləmələri keçirib. Partiyanın lideri Rəsul Quliyev konfransa video müraciətində ölkənin gələcəyinin sual altında olduğunu deyib.
Açıq Cəmiyyət Partiyası Demokratik Qüvvələrin Məşvərət Məclisinin təşkilatçılığı ilə “Azərbaycan demokratiyasının yaxın perspektivləri: problemlər, risklər və imkanlar” mövzusunda konfrans keçirib. Forumda Məşvərət Məclisinə daxil olan partiyalarla yanaşı çoxsaylı digər siyasi partiyalar, ekspertlər, QHT rəhbərləri iştirak edib.
Konfransın əsas hədəfi 2013-cü ildə keçiriləcək prezident seçkiləri olub. Bununla yanaşı, demokratiyanın yaxın perspektivləri, beynəlxalq seçki öhdəlikləri, avtoritar hakimiyyətə qarşı mübarizə formaları, iqtidar müxalifət münasibətləri, müxalifət partiyalarının münasibətləri, vahid namizəd, mülkiyyət hüququ, neft gəlirlərinin xərclənməsi və başqa problemlər də diqqət mərkəzində olub.
“2013-cü il prezident seçkiləri demokratiya yolunda son şansdır. Bu seçkilərdən demokratiya quruculuğu yolunda yararlanmasaq, ölkənin gələcəyi sual altında qalacaq”, - ACP lideri Rəsul Quliyev konfransa video müraciətində bildirib.
Onun fikrincə, 2013-cü il seçkilərinin azad və demokratik keçirilməsinə nail olunmasa ölkəni xaos bürüyəcək.
“Azərbaycan sivil dünyadan təcrid olunmaqdadır və bu proses sürətlə davam edir. Ölkə neftdən asılı vəziyyətə düşüb, sanki narkoman narkotikdən asılıdır. Neftin qiyməti yaxın zamanlarda aşağı düşəcək, necə ki, bir vaxtlar kömürün qiymətində sürətli enişi böhran yaratdı. Neftin qiymətinin düşməsi büdcədə aqoniya deməkdir. Dərin devalvasiya və inflyasiya böhran yaradacaq. Bunun nəticəsində isə indiki varlılar ölkədən qaçacaq və müxalifət hakimiyyəti idarə edə bilməyəcək. Belə hallarda isə xaricdən idarə edənlər tapılır”, - o qeyd edib.
R. Quliyev hesab edir ki, prezident seçkilərinin azad və demokratik keçirilməsi üçün bütün seçki komissiyaları yenidən formalaşdırılmalıdır.
“Seçki Komissiyaları paritet əsaslarla və ya bitərəf ziyalılardan formalaşdırılmalıdır. Komissiyalar BMT, ATƏT və Avropa İttifaqının zəmanəti ilə qurulmalıdır. Səsvermə bülletenləri və səsvermə protokolları 25 il müddətində saxlanmalıdır. Saxta protokollara imza atanlar bilməlidir ki, onları hər an həbs gözləyir. Dövlət büdcəsindən maliyyələşən televiziyalarda müxalifətə həftədə bir saat efir vaxtı verilməlidir. Müxalifətin TV kanalı açmasına mane olunmamalıdır. Nəhayət Eurovision-a ayrılan bir milyard manat vəsaitin 5 faizi seçkilərin müşahidəsinə xərclənməlidir və beynəlxalq müşahidəçilərin müşahidələri maliyyələşdirilməlidir”.
ACP lideri həmçinin protestlərin bir qayda olaraq mitinqlərdə səsləndirilməsini vacib sayır.
“Mitinqlər şəhərin mərkəzi meydanlarında keçirilməlidir. Buna imkan verilməsə hər gün etiraz piketləri keçirmək lazımdır. Elə etmək lazımdır ki, hökumətin hər bir üzvü iş gününə etiraz piketlərinin müzakirəsi ilə başlasın”.
Qanun pozuntuları ilə bağlı diplomatik nümayəndəliklərə, beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət edilməlidir.
R.Quliyev demokratiya tərəfdarlarını vahid ittifaqda birləşməyə çağırıb.
“Biz istefa tələb etmirik, qanunun yerinə yetirilməsini tələb edirik. Hökumət güclü deyil, möhkəm fundament üzərində qurulmayıb, bir kərpicin düşməsi bəs edir”, - o bildirib.
ACP lideri hazırki anda hökumətin dialoq təklifini alver kimi qiymətləndirir. “İndi dialoqdan dəm vuranlar, bu addımım alver olduğunu açıq deməlidir”.
O, müxalifət daxilin də birlik olmadığını diqqətə çatdırıb.
Çıxışlarda vətəndaşların mülkiyyət hüququnun kütləvi şəkildə pozulduğu vurğulanıb. “Keçmiş SSRİ məkanında mülkiyyət hüququnun pozulması sahəsində ən ağır duqum Azərbaycandadır. Bu nəhayətdə xaosa gətirib çıxaracaq ”, - vəkil Fuad Ağayev bildirib.
Ekspertlət həmçinin ölkədəki korrupsiya, rüşvət, qanun pozuntusunun adi hal aldığını diqqətə çatdırıb.
“Neft Fondundan ayrılan vəsaitlərin xərclənməsi şəffaf deyil. Fonddan indiyədək 29 milyard 772 milyon manatı dövlət büdcəsinə transfert edilib. Büdcə neft pullarından tam asılıdır”, - Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı qeyd edib.
ACP sədri Sülhəddin Əkbər hər ay belə dinləmələrin keçiriləcəyini bildirib.
“Riskləri də qiymətləndirməliyik. Biz Suriyada, Liviyadakı kimi silahlı inqilabların tərəfdarı deyilik. Biz demokratiyaya yumşaq keçidi dəstəkləyirik. Amma hətta Mərakeş və İordaniya kralları demokratik islahatları dəstəkləsələr də belə, Azərbaycan bunu etmir”, - o deyib.