4 ayda İlqar Məmmədov cəmi iki dəfə dindirilib
ReAL Hərəkatının idarə heyətinin üzvü Rəsul Cəvərov Amerikanın Səsinə müsahibəsində hərəkatın sədri, İsmayıllı hadisələri ilə bağlı həbs edilmiş İlqar Məmmədovun hüquqlarının ictimai müdafiəsi sahəsində aparılan işlərdən danışıb.
ReAL Hərəkatının sədri 23-24 yanvar, - İsmayıllı hadisələrinin təşkilində ittiham olunur. Fevralın 4-də Nəsimi rayon Məhkəməsi Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham üzrə onun barəsində həbs qətimkan tədbiri seçib. Sonradan 233-cü maddə 220-ci (kütləvi iğtişaş) maddəsi ilə əvəz olunub.
İlqar Məmmədov vicdan məhbususdur və bu çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən tanınıb. İyunun 13-də Avropa Parlamenti İlqar Məmmədovun dərhal və qeyd-şərtsiz həbsdən azad edilməsi ilə bağlı qətnamə qəbul edib. Qətnamə Azərbaycan Xarici İşlər Nazirliyinin etiraz bəyanatına səbəb olub.
R.Cəfərov deyir ki, Məmmədovun hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq səviyyədə işlər aparılır.
“İlqar Məmmədov ReAL-ın prezidentliyə namizədidir. Hazırda Məmmədovun seçki qərargahının yaradılması, seçkiyə hazırlıqla bağlı ciddi işlər aparırıq”, o qeyd edib.
Onun fikrincə İlqar Məmmədova qarşı sifarişli istintaq çox ləng aparılır.
“Məmmədovun həbsindən 4 ay keçməsinə baxmayaraq o cəmi iki dəfə istintaq tərədindən dindirilib. Buna baxmayaraq Məmmədovun məhkumluğu yoxdur və onun prezidentliyə namizədliyi qeydiyyata alınmalıdır”, Cəfərov bildirib.