Rəsul Cəfərov: Mesaj verilir ki, istənilən adamın cibinə narkotik ata bilərik [Audio-Müsahibə]

Rəsul Cəfərov

Hüquq müdafiəçisi Azərbaycan hakimiyyətinə insan haqlarına əməl etməsi üçün təsirlər edilməsini vacib sayır
İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov Amerikanın Səsinə müsahibəsində ölkədə insan haqlarının mövcud durumundan danışır. Onun fikrincə, son 6 ildə tənqidi səslərin susdurulmasında narkotik ittihamından istifadə olunur. Hüquq müdafiəçisi beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətinə təzyiqlər etməyə çağırır.

Your browser doesn’t support HTML5

Rəsul Cəfərovla müsahibə


Müsahibədən seçmələr:

- Human Rigts Watch-ın Azərbaycanla bağlı mövqeyi ədalətlidir, reallığı əks etdirir.

Narkotik ittihamı son 5-6 ildə tətbiq olunan dırnaqarası cəza növüdür
-Saxta ittihamlarla tənqidi səslərin boğulması bu günün, dünənin işi deyil. Narkotik ittihamı son 5-6 ildə tətbiq olunan dırnaqarası cəza növüdür. 2006-cı ildə Azadlıq qəzetinin saitik yazarı Mirzə Sakitə qarşı eyni ittiham irəli sürülüb. Bundan sonra jurnalist Eynulla Fətullayev həbsdə olarkən cəzasının artırılması üçün narkotik ittihamından istifadə olunub. 2011-ci ildə ərəb baharı dövründə Azərbaycanda siyasi fəallığı zəiflətmək üçün yenə də gənclərə qarşı (AXCP fəalı Cabbar Savalanın həbsi) narkotik ittihamlarından istifadə olunub. Hal-hazırda cəbhəçi fəal Daşqın Məlikov, eyni zamanda onlarla dindar fəal narkotik ittihamı ilə həbsdədir.

Narkotik ittihamı qorxu atmosferi yaratmağa da yönəlib.
- Narkotik ittihamını irəli sürmək, sonradan yenidən irəli sürmək və əsaslandırmaq digər cinayətlərə nisbətən daha asandır. İttihamı dövlət və hüquq mühafizə orqanlarının nəzarətində olan ekspertizalar təsdiq edir. Bu səbəbdən narkotik ittihamını məhkəmədə sübut etmək də asandır.

- Narkotik ittihamı qorxu atmosferi yaratmağa da yönəlib. Mesaj verilir ki, istənilən adamın cibinə narkotik ata bilərik . Narkotik ittihamını Azərbaycan hökumətinin haqsız mövqeyi kimi qiymətləndiririk.

Dialoqla bağlı vədlər əksər hallarda yalan xarakteri daşıyıb.
- İqtidar bütün sahələrdə insanların hüquqlarını pozur. İndiki iqtidarın insan hüquqlarının qorunması ilə bağlı vətəndaş cəmiyyəti ilə dialoqa gedəcəyi barədə anlayış artıq mövcud deyil. Dialoqla bağlı vədlər əksər hallarda yalan xarakteri daşıyıb.

- Hesab edirəm ki, beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə təsirli mexanizmləri işə salmalıdır. Bu, Avropa Məhkəməsinin Azərbaycandan olan şikayətlərə daha tez baxması ola bilər, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların daha sərt mövqe nümayiş etdirə bilər, hakimiyyətdə təmsil
Hakimiyyətdə təmsil olunanların bir çoxunun Avropada və Amerikada biznesləri var, həmin bizneslərə müəyyən qanuni yolla müdaxilələrlə Azərbaycan hakimiyyətinin insan haqlarına hörmət etməsi üçün təsirlər etmək mümkündür.
olunanların bir çoxunun Avropada və Amerikada biznesləri var, həmin bizneslərə müəyyən qanuni yolla müdaxilələrlə Azərbaycan hakimiyyətinin insan haqlarına hörmət etməsi üçün təsirlər etmək mümkündür.

- Azərbaycan hakimiyyətinin ölkədə insanların əməllərinə görə cəzalandırılması ilə bağlı bəyanatları absurddur və gülüş doğurur.