Missuri ştatından senatorluğa Respublikaçı namizəd Todd Akin "legitim zorlama" sözünü işlətməklə özünü və partiyasını tənqid hədəfinə çevirib
Demokratlar ABŞ Senatına Respublikaçı namizədin abort haqqında mübahisəli ifadəsindən faydalalanmaq istəyirlər, lakin Respublikaçıların prezidentliyə namizədi Mitt Romni seçki debatlarında diqqəti süst iqtisadiyyata yönəltməyə çalışır.
Missuri ştatından Senata seçilməyə can atan ABŞ Nümayəndələr palatasının üzvü Todd Akin bu həftə aborta qarşı mövqeyini müdafiə etməklə polemik fırtınaya təkan verib. O bildirib ki, hətta zorlanma hadisəsi baş verdikdə belə “legitim zorlanmanın” qurbanları təbii yollarla hamiləlikdən yayına bilərlər.
Akin daha sonra üzr istəsə də, Romni və başqa Respublikaçı liderlər onu Senata namizədliyini geri götürməyə çağırıblar.
Çərşənbə axşamı seçki kampaniyası üçün pul yığmaq məqsədilə Nyu Yorkdakı şam yeməyi mərasimində president Barak Obama Akinin fikirlərini lağa qoyub. Obama deyib ki, Akin Nümayəndələr Palatasının elm və texnologiya heyətinin üzvü olmasına baxmayaraq “nədənsə elm sinfini qaçırıb.”
Romni öz tərəfindən mübahisəli abort məsələsindən çəkinərək noyabr seçkilərində cənab Obamanı vəzifəsindən kənarlaşdırmaq üçün diqqətin iqtisadiyyata yönəldilməsinə çalışır. Ayova ştatındakı seçki kampaniyasında Romni prezidenti ümummilli borc və kəsiri azalda bilmədiyinə görə tənqid edib. O bildirib ki, seçiləcəyi təqdirdə balanslaşdırılmış federal büdcəyə nail olmaq üçün “federal xərcləri azaldacaq” və “inkişafı stimullaşdıracaq.”