Çərşənbə axşamı keçirilən debatda immiqrasiya, iqtisadiyyat və ABŞ-ın dünyadankı rolunu müzakirə edən prezidenliyə respublikaçı namizədlər ölkə sərhədlərinin gücləndirilməsinə dəstək ifadə ediblər.
Debatdan öncə yayılan rəy sorğularında neyrocərrah Ben Karsonla eyni səslərə sahib olan milyarder Donald Tramp Birləşmiş Ştatların ölkədə yaşayan milyonlarla qanunsuz mühacirin deportasiya edilməsindən başqa çıxış yolunun olmadığını deyib.
Lakin Ohayo qubernatoru Con Kasiç və sabiq Florida qubernatoru Ceb Buş daxil olmaqla digər namizədlər Trampın fikirləri ilə razılaşmayıb.
Debatda Kentukki senatoru Rand Polun Florida senatoru Marko Rubioya müdafiə büdcəsi ilə bağlı sual verməsi ən qızğın məqamlardan biri olub. O, hərbi xərclərlə bağlı liberal fikirlərə sahib olan birinin mühafizəkar olmasının mümkün olmadığını deyib.
Yenicə açıqlanmış McClatchy/Marist rəy sorğusunun nəticələri Karsonun 24 faizlə öndə getdiyini, Trampın 23, Rubionun 12, Ted Kruz və Ceb Buşun isə 8 faiz dəstəyə sahib olduğunu göstərir.
İki digər namizəd, Nyu Cersi qubernatoru Kris Kristi və sabiq Arkanzaz qubernatoru Mayk Hakabi isə daha az populyar namizədlər üçün təşkil olunan ayrı debatda iştirak ediblər. Bu debada sabiq Pensilvaniya senatoru Rik Santorum və Luiziana qubernatoru Bobbi Cindal da yer alıb.