Respublikaçılar Obamanın mühacirət planını kəskin tənqid edib

Respublikaçı qanunvericilər prezident Barak Obamanın birtərəfli qaydada ABŞ-da qeyri-qanuni yaşayan təxminən beş milyon insanın deportatiya edilməsinin qarşısını alacaq mühacirət planını kəskin tənqid edir.

Çərşənbə axşamı Konqresin Nümayəndələr Palatasının Daxili təhlükəsizlik komitəsində keçirilən dinləmələrdə Texas ştatından konqresmen Maykl Makkol deyib ki, cənab Obamanın ABŞ-ın mühacirət siyasətini dəyişdirmək üçün keçən ay səlahiyyətlərindən istifadə etməsi sənədləri olmayan daha çox mühacirin Birləşmiş Ştatlara daxil olmasına imkan yaradacaq.

Prezident Obama bu addımı Senatın bir il bundan əvvəl mühacirətə dair əhatəli qanun layihəsini təsdiq etməsinə baxmayaraq respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası onu nəzərdən keçirmədiyinə görə atdığını deyib.

Konqres dinləmələrində digər respublikaçılar cənab Obamanın planının legitimliyi ilə bağlı suallar qaldırıb. Onlar eyni zamanda, ABŞ-da deportasiya olunmadan üç il müddətinə hansı mühacirlərin qalıb iş icazəsi alması ilə bağlı sənədlərin nəzardən keçirilməsi prosesi maliyyələşdirilməsinə dair sullar verib.

Daxili təhlükəsizlik komitəsinin sədri Cey Conson bu tənqidlərə cavab verərək, cənab Obamannı plannıın nəinki legitim olduğunu, onun həm də sənədləri olmayan mühacirlərin Amerikada yeni həyata başlamasına imkan verəcəyini deyib.