Azərbaycanın vergilər naziri Rusiya vergi xidmətinin rəhbəri ilə görüşüb

Mikayıl Cabbarov və Mixail Mişustin

Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov Moskvada Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinlə görüşüb.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzinin məlumatına görə görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində hər iki ölkədə son illər həyata keçirilmiş islahatlar barədə fikir mübadiləsi aparıb.

Görüşdə Federal Vergi Xidmətinin yüksək vəzifəli şəxsləri Rusiyanın vergi inzibatçılığında rəqəmsal texnologiyalar sahəsində tətbiq olunan son yeniliklərlə bağlı təqdimatlarla çıxış edib.

Azərbaycanın Vergilər Nazirliyi və Rusiya Federal Vergi Xidmətinin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıb.