Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü olacaq

Azərbaycan xarici işlər nazirliyi

Martın 15-də Bakıda Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin ilk dördtərəfli görüşü keçiriləcək. Görüşün məqsədi hərtərəfli regional əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov martın 9-da Gürcüstanın müdafiə naziri Levan İzorini qəbul edərkən bildirib.

Məmmədyarovun sözlərinə görə, dörd ölkənin xarici işlər nazirlərinin görüşü hərtərəfli regional əməkdaşlığa təkan verəcək yeni formatdır, deyə mətbuat xidməti nazirə istinad edib.