Praymerilərə üç həftədən az qalmış bir müddətdə Cənubi Karolinada Respublikaçı namizədlər arasında növbəti debat keçirilib.
Namizədlərdən bəzilərə debata əvəzləmək istədikləri insanı tənqid edərək başlayıblar, yəni prezident Barak Obamanı.
“İllik hesabat məruzəsi zamanı prezident Obama İran tərəfindən girov alınan 10 gəmiçi barədə heç nə demədi,” deyə Ted Kruz bildirib.
“Biz ordumuzu yenidən qurmalıyıq. İndiki prezident ordumuzu o səviyyəyə endirib ki, İran mollaları kimi diktatorlar bizim donanma gəmilərimizi ələ keçirir. Bu rüsvayçılıqdır. Kristi adminstrasiyası altında isə onlar bundan yaxşı vəziyyətdə olacaqlar,” deyə Kris Kristi bildirib.
Debat zamanı ortaq düşmən olan İslam Dövləti qrupu barədə də müzakirələr aparılıb.
“Mən Birləşmiş Ştatların prezidenti olanda, biz İŞİD-lə apardığımız müharibədə qalib gələcəyik. Dünyanın ən qüdrətli kəşfiyyat agentliyi bizə onların yerini bildirəcək. Ən qüdrətli ordu isə onları məhv edəcək,” deyə Marko Rubio bildirib.
Namizədlər arasında öndə gedən Tramp terrorçuları ölkədən uzaq tutmaq məqsədilə daha sız mühacirət stardatlarının tətbiqinə dair çağırışlarını təkrarlayıb.
“Bizim 19 milyard borcumuz var. Ölkədə qarmaqarışıqlıqdır və biz bu insanların sərhədləri pozub ölkəmizə daxil olmalarına icazə verə bilmərik,” deyə Tramp bildirib.
Sabiq Florida qubernatoru Ceb Buş isə Demokrat namizəd Hillari Klintonu hədəf alıb.
Ceb Buş: “Hazırda o, istintaq altındadır. Əgər seçilsə, hakimiyyətdəki ilk 100 günündə, gündəm tərtib etmək əvəzinə vaxtını Ağ Evlə məhkəmə arasındakı yolu gedib-gəlməyə səfr edəcək. Biz bunun qarşısını almalıyıq.”
Seçicilər fevralın 1-də Ayova kokusunda öz seçimlərini edəcək.
Kokus zamanı ştat sakinləri kiçik qruplar şəkilində toplaşıb milli qurultaya göndəriləcək nümayəndə heyətlərini seçirlər.