Respublikaçıların debatında beş namizəd iştirak edib

Your browser doesn’t support HTML5

Prezidentliyə Respublikaçı namizədlər arasında üçüncü debat çərşənbə günü Floridanın Mayami şəhərində baş tutub. Debatda son onillərlə müqayisədə daha az namizəd iştirak edib. Namizədlər bir neçə beynəlxalq məsələdə özlərini bir-birilərindən və öndə gedən namizəd Donald Trampdan fərqləndirməyə çalışıblar.

NBC telekanalında yayımlanan üçüncür Respublikaçılar Partiyasından prezidentliyə namizədlərin üçüncü debatında xarici siyasət üstünlük təşkil edib.
İsrail-HƏMAS münaqişəsi ilə bağlı suala cavab olaraq onlar İsrail Baş naziri Benyamin Netanyahuya bunları söyləyiblər:

“Bu qəssabların, Həmasın işini birdəfəlik bitirin. Onlar terrorçudur. Onlar günahsız insanları qətlə yetirirlər; bacarsaydılar, bütün yəhudiləri yer üzündən silərdilər,” Prezidentliyə Respublikaçı namizəd qubernator Ron DeSantis deyib.

“Şərlə danışıq aparmaq olmaz. Onu məhv etmək lazımdır,” prezidentliyə namizəd senator Tim Skott deyib.

“İran olmasaydı, HƏMAS olmazdı. İran olmasaydı, Hizbullah olmazdı. İran olmasaydı husilər olmazdı. Bəs hazırda İranı kim maliyyələşdirir? Çin İrandan neft alır. Rusiya İrandan pilotsuz təyyarələr və raketlər alır və orada təhlükəli bir ittifaq var,” Prezidentliyə respublikaçı namizəd Nikki Heyli deyib.

Debatda iştirak etməyə beş namizəd kvalifikasiya olub və onların hər birinin danışmaq üçün son onillərlə müqayisədə ikiqat daha çox zamanı olub.

Ukraynaya daha çox maddi yardımla bağlı da bəzi fikir ayrılıqları olub.

“Bu, bir seçim deyil. Bu bizim azad dünyanın lideri olduğumuz üçün ödədiyimiz bədəldir,” Prezidentliyə Respublikaçı namizəd Kris Kristi deyib.

“Ukrayna demokratiya nümunəsi deyil. Bu, 11 müxalifət partiyasının fəaliyyətinə qadağa qoyan ölkədir. Onlar bütün medianı bir dövlət televiziyasısın media qolunda birləşdirib. Bu, demokratik deyil,” Prezidentliyə Respublikaçı namizəd Vivek Ramasvami deyib.

BMT-dəki keçmiş səfir Nikki Heyli isə buna cavab olaraq…

“Biz hamımız o quldurun Ukraynanı işğal edəndə nələr etdiyini xatırlayırıq. Biz hamımız bilirik ki, Putinə görə yarım milyon insan həlak olub. Bu azadlıqsevər, amerikapərəst ölkə ayaqda qalması və demokratiyası üçün mübarizə aparır” deyib.

Cənub sərhəddən fentanilin keçməsi ilə bağlı DeSantis Donald Trampın prezidentliyi dövründə etdiyindən daha da irəli gedəcəyini söyləyib.

“Mən hətta sərhəd divarını inşa edəcəm və Donald Trampın söz verdiyi kimi onun xərclərini Meksikaya ödətdirəcəm. Bunu necə edəcəyik? Meksika pulu vermək niyyətində omayacaq. Biz xarici işçilərin xarici ölkələrə göndərdiyi pul köçürmələrinə rüsum tətbiq edəcəyik. Biz milyardlarla dollar toplayacağıq və divarı mən inşa edəcəm,” Prezidentliyə Respublikaçı namizəd qubernator Ron DeSantis deyib.

Öndə gedən Respublikaçı namizəd digər debatlarda da olduğu kimi burada da iştirak etməyib.

Keçmiş prezident oradan təxminən 16 kilometr uzaqda böyük ispandilli əhalisi olan Floridanın Hialeah şəhərində mitinq keçirib.

Viriciniya Universitetinin Siyasət Fakültəsinin sədri Cennifer Loules deyir ki, bu namizədlər heç vaxt rəy sorğularında Trampdan daha yaxş nəticə əldə etməyəcəklər.

“Donald Tramp əksər rəy sorğularında 50 faizdən çox, digər sorğularda isə 40 faizdən səs toplayır, digər namizədlər isə heç buna yaxın gəlmir. Amma nə isə baş versə və Donald Tramp ya həbsə girsə ya da müxətlif hüquqi səbəblərdən namizədləyini geri çəkməyə məcbur qalsa, ikinci yerdə kimdirsə, onun əli güclənəcək,” Cennifer Loules deyib.

Bunu etmək üçün vaxt azalır. Seçicilər bir ildən qısa bir müddətdə yeni prezident seçəcəklər. Və ilk kokus iki ay sonradır.