Respublikaçı namizədlərin növbəti tele-debatı keçirilib (VİDEO)

Respublikaçı namizədlərin növbəti tele-debatı keçirilib (VİDEO)

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizə aparan 4 iddialı dünən bir daha debatda iştirak ediblər.

Pensilvaniya ştatının sabiq senatoru Rik Santorum və Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni Arizonada keçirilən və televiziya vasitəsi ilə bütün ölkəyə yayımlanan debata daha iddialı daxil olublar.

Santorum v ə Romni federal hökumətin maliyyə sektoru və avtomobil sənayesi üçün xilas planının əleyhinə çıxış ediblər.

Bununla yanaşı Nümayəndələr Palatasının sabiq spikeri Nyut Ginqriç prezident Barak Obamanın xarici siyasətinin təhlükəli olduğunu bildirib. Texasdan Konqresmen Ron Pol isə ABŞ-ın Surayadakı zorakı iğtişaşlarda mümkün müdaxiləsinin təhlükələri barədə xəbərdarlıq edib.

Santorum son bir neçə ştatda keçirilən praymeridə ardıcıl qələbə qazanaraq Romnidən önə keçib.

Növbəti səsvermələr gələn həftə Arizona və Miçiqan ştatlarında keçiriləcək.