Sərhədsiz Reportyorlar:"Əliyev rejiminin fundamental azadlıqlara hörmətsizliyinin həddi yoxdur”

Sərhədsiz Reportyorlar Azərbaycanda mitinq zamanı jurnalistlər və fəalların həbsi ilə bağlı bəyanat yayıb

Jurnalistlərin hüquqlarını müdafiə təşkilatı “Sərhədsiz Reportyorlar” Bakıda yanvarın 26-da keçirilmiş mitinq zamanı aparıcı jurnalistlər və internet fəallarının həbsi və azad edilməzdən əvvəl onlara qarşı kobud rəftarı hiddət hissi ilə qarşıladığını bidirib. ”Əliyev rejiminin fundamental azadlıqlara hörmətsizliyinin həddi yoxdur”-deyə təşkilatın nümayəndəsi Kristof Delorenin açıqladığı bəyanatda bildirilir.

“İnsan hüquqları və azad informasiya uğrunda mübarizə aparan aparıcı fiqurlarla kobud rəftar qəbuledilməzdir və onlara dərs vermək üçün şəxsi qisas aktı kimi qiymətləndirilir. Rəsmilər insan hüquqları sahəsində vəziyyəti tənqid edənləri susduraraq, tənqidi saxlamaq və onun qarşısını almağa çalışır”-deyə “Sərhədsiz Repotryolar”ın bəyanatında deyilir.

Təşkilat qeyd edir ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslara dair qətnaməni rədd etməsindən sonra vətəndaş cəmiyyətinə qarşı bu zərbə hakimiyyətin tamamilə cəzasız hərəkət edə bildiyini düşündüyünü göstərir.

“Beynəlxalq ictimaiyyət tez zamanda fikrini dəyişdirməli və Azərbaycan hökumətinin belə davranışın onun Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında üzvlüyü, eləcə də Avropa İttifaqı ilə əlaqələri ilə bir araya gəlmədiyini başa düşməsinə kömək etməlidir”-deyə bəyanatda qeyd edilir.

Sərhədsiz Reportyorlar bir neçə gün bundan əvvəl İsmayıllıda baş vermiş nümayişlərin zorakı şəkildə dağıdılmasına etiraz olaraq yanvarın 26-da Bakıda keçirilmiş aksiya zamanı təxminən 100 nəfərin saxlandığını bildirir. Təşkilat Xalq Cəbhəsi, Müsavat və NİDA kimi müxalifət qruplarının üzvlərinin, aparıcı jurnalistlər Xədicə İsmayıl və Şahvələd Çobanoğlunun, aparıcı bloggerlər Emin Milli, Zaur Qurbanlı və Bəxtiyar Hacıyevin, habelə Naxçıvan regionundan jurnalist və insan haqları müdafiəçiləri Məlahət Nəsibova və İlqar Nəsibovun saxlanılanlar arasında olduğunu qeyd edir.

Sərhədsiz Reportyorlar aksiyanı işıqlandırmağa gələn Telebe.az saytının redaktoru Mürsəl Əliyev və 1News.az saytının müxbiri Zaur Rəsulzadənin də saxlandığını bildirir. “Mətbuat üzvləri üçün gödəkçədə olmaları və press vəziqələrini göstərmələrinə baxmayaraq, media üzvlərinin mülki geyimdə olan polis tərəfindən zorakılıq qurbanı olmasının qarşısl alına bilmədi”-deyə bəyanatda bildirilir.

Təşkilat polisin nümayişin dağılmasından sonra da qəddarlıq göstərdiyini və Nəsibova və Nəsibov da daxil olmaqla, saxlanılan 30 nəfəri polis məntəqəsinə aparan avtobusun içərisində gözyaşardıcı qazdan istifadə etdiyini bildirir. “Pəncərələr bağlı olduğundan insanlar və o cümlədən, qəzaya yol verən sürücü özlərini piss ediblər”-deyə bəyanatda qeyd edilir.

Sərhədsiz Reportyorlar bildirir ki, insanların dörd saat nəzarət altında saxlandığı Xətai rayon polis şöbəsinə təcili yardım çağırılmalı idi. Saxlanılan digər nümayişçilərin Nəsimi və Səbayel rayon polis şöbələrinə aparıldığı bildiririlir.

Təşkilat onların çoxunun şifahi xəbərdarlıq verildikdən sonra azad edildiyini, lakin tanınmış nümayişçilərin Rusiyada qəbul edilmiş qanunvericilik əsasında hazırlanmış qeyri-qanuni nümayişlərə dair yeni qanuna uyğun olaraq cəzalandırıldığını, Emin Milli və daha üç müxalifət fəalına15 gün həbs cəzası verildiyini, Bəxtiyar Hacıyevin 600 manat, Xədicə İsmaylovanın isə 400 manat cərimə ödədiyini qeyd edir.

Sərhədsiz Reportyorlar bildirir ki, keçən həftə Avropa Şurası Parlament Assambleyasının Strasburqda sessiyası zamanı bir sıra jurnalist və fəal diqqəti Azərbaycanda vətəndaş azadlıqlarının pozulmasına məsələsinə cəlb etmək üçün iclasda iştirak edirdi. Təşkilat sessiyada yanvarın 23-də Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair qətnamənin qəbul edildiyini, lakin Parlament Assambleyasının Azərbaycanda siyasi məbuslara dair xüsusi qətnaməni rədd etdiyini qeyd edir.