ABŞ və Türkiyə Suriyadakı qarşıdurmadan qaçınmaq üçün birgə işləməyə söz verib [Video]

Your browser doesn’t support HTML5

ABŞ və Türkiyə Suriyadakı qarşıdurmadan qaçınmaq üçün birgə işləməyə söz verib

Türkiyə qoşunlarının Afrinin Kürd anklavına və Vaşinqtonun dəstəklədiyi YPG Kürd militanlarına hərbi hücum həyata keçirməsi ABŞ-Türkiyə münasibətlərində təhlükəli böhrana səbəb olub.

Ancaq ABŞ dövlət katibi Reks Tillerson Türkiyə prezidenti və xarici işlər naziri ilə bir neçə saat davam edən xüsusi görüşündən sonra bildirib ki, onlar potensial böhranın qarşısını alıblar.

“Biz bundan sonra tək hərəkət etməyəcəyik. ABŞ bir iş görəcək, Türkiyə isə digər iş. Biz bu nöqtədən sonra çiyin-çiyinə işləyərək aramızdakı anlaşılmamazlıqların öhdəsindən birlikdə gəlməyə çalışacağıq.” - deyə Reks Tillerson qeyd edib.

Hər iki diplomat əlavə edib ki, Suriyadakı qarşıdurmanın qarşısını almaq üçün qoşunların yerləşdiriləcəyi yerlərin müəyyən edilməsi də daxil olmaqla araşdırma qrupları təşkil ediləcək.

Tillersonun ölkəni tərk etməsinin ardından Türkiyə məhkəməsi 2016-cı ildə baş vermis dövlət çevrilişinə yardım etməkdə günahlandırılan altı jurnalisti ömürlük həbs cəzasına məhkum edib. Təhlilçilərin sözlərinə görə, ABŞ və Türkiyə hələ də dövlət çevrilişinə cəhddən sonra cəmiyyətin demək olar bütün seqmentlərində Ərdoğanın geniş yayılmış təqibləri məsələsində fikir ayrılıqları yaşayırlar.

“ABŞ uzun müddətdir ki, Türkiyədə bir növ demokratikləşməni təşviq etməyə çalışır. Ancaq düşünürəm ki, nə bu cəhd uğurlu alınıb, nə də Erdoğanın yürütdüyü daxili siyasətə ciddi təsir göstərə bilib." - deyə, Con Hopkins Universitetinin nümayəndəsi Lizel Hintz bildirib.

Dövlət katibi Tillerson ABŞ-ın uzun zamandır Türkiyədəki demokratiyanı dəstəklədiyini bildirərək əlavə edib ki, qanunun aliliyi, məhkəmənin müstəqilliyi və azad mətbuatın müdafiə edilməsi dövlətin güc və sabitlik qaynağıdır.