Tillerson Qətərlə qonşu ərəb ölkələri arasında yaşanan gərginliyi aradan qaldırmağa çalışır [Video]

Your browser doesn’t support HTML5

ABŞ dövlət katibi Reks Tillerson Küveyt şəhərindən Ciddəyə yola düşüb. Küveytdə o, isti havalara baxmayaraq, aylardır İran Körfəzi ölkələrinin Qətərə tətbiq etdiyi blokadaya həll yolu tapmaq üçün apardığı soyuq diplomatiyada ilk qələbəsini çalıb.

Tillerson dünyanın bu hissəsini, xüsusilə də Körfəz regionunu yaxşı tanıyır. Bu səbəbdən də, düşünürəm ki, insanlar ona hörmət edir.
Aaron Miller

Çərşənbə axşamı Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə birlikdə müxbirlər önündə çıxış edən Tillerson Birləşmiş Ştatlar və Qətərin terrorizmlə mübarizə sahəsində anlaşmaya dair memorandum imzaladığını elan edib.

“Bu gün mən Qatara prezident Trampın may ayında Riyadda nümayiş etdirdiyi əhval- ruhiyyə ilə gəlmişəm. Birləşmiş Ştatların biq məqsədi var. Bu da terrorizmi yer üzündən silməkdir”, deyə Tillerson bildirib.

İyunun 5-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Misir və digərləri Qətərlə diplomatik ələqələri kəsərək, quru, su və havadan blokada edib. Səudiyyənin başçılıq etdiyi qrup Qətəri terroru dəstəkləməkdə ittiham edib və Dohaya 13 tələbdən ibarət bir siyahı təqdim edib.

Prezident Donald Trampın Səuddiyə Ərəbistanın tərəfini tutmağına baxmayaraq, təhlilçilər Tillersonun bu münaqişədə neytral mövqe sərgilədiyini deyir.

Vilson Mərkəzindən Aaron Deyvid Millerin sözlərinə görə, regiondakı böhranı həll etmək Tillersonla Trampı yaxınlaşdıra bilər.

Rek Tillerson Qətərdə

“Əgər Tillerson Səudiyyə Ərəbistanı və Qətərə heç bir tərəf təhqir olunmadan böhranı həll etmək üçün bir təklif irəli sürsə, prezident bunu alqışlayar və dəstəkləyər”, deyə Miller bildirir.

Miller deyir ki, o, Tillersonun Exxon-un keşmiş baş icracı direktoru olaraq razılıq əldə etmək bacarıqlarına sahib olduğunu düşünür.

“Tillerson dünyanın bu hissəsini, xüsusilə də Körfəz regionunu yaxşı tanıyır. Bu səbəbdən də, düşünürəm ki, insanlar ona hörmət edir”, Miller deyir.

Tillerson çərşənbə günü Ciddə şəhərində münaqişədəki digər tərəfi dinləməyi planlaşdırır.