Dövlət Departamentinin “Beynəlxalq Din Azadlığı” hesabatı [Video]

Your browser doesn’t support HTML5

Din azadlığına getdikcə mane olan ekstrimizmin artdığı bir vaxt, Dövlət Departamentinin 2015-ci il “Beynəlxalq Din Azadlığı” hesabatında küfr və dönüklük haqdakı qanunların qlobal narahatlıqlara səbəb olduğu deyilir.

Cənubi Afrikadan tutmuş Yaxın Şərqə qədər din adı altında mülki vətəndaşlara qarşı terror hücumları həyata keçirilir. İslam Dövləti və Boko-Haram kimi qeyri-dövlət qruplaşmaları onların İslam haqda radikal ideologiyaları ilə razılaşmayan hər kəsi qətlə yetirir.

Beləliklə, Dövlət Departamentinin hesabatında bəzi ölkələrin küfr qanunlarına əsaslanaraq, zorakılıqlara haqq qazandırıldığı deyilir. “Dünya ölkələrinin dörddə birində anti-küfr qanunları var və bu ölkələrin hər onundan birində isə insanlar dönüklüyə görə cəzalandırlır. Bu ciddi bir problemdir, çünki bəzən buna görə ya ölüm cəzası, ya da başqa amansız cəzalar verilir və bu, bütün dünyada mövcud olan bir problemdir” deyə, Beynəlxalq Din Azadlığı təşkilatı

Lakin illik hesabatda müsbət halların da olduğu qeyd edilir. Məsələn, Vyetnamda hələ də bəzi çətinliklərə baxmayaraq, din azadlığının getdikcə artmasını göstərmək olar. Bu yaxınlarda Vaşinqton bu ölkəyə on illərdir qoyduğu silah satışı embarqosunu qaldırdı. Dövlət katibinin müavini Entoni Blinken: “Hökumət dini qanunların hazırlanması prosesində şəffaflığı təmin etmək üçün bəzi səylər göstərib ki, bu da qanun layihəsinin qeydiyyatı və təsdiqini asanlaşdıracaq.”

Konqresin mandatı ilə Dövlıət Departamentinin hazırladığı illik hesabatlar dini əqidələrə qarşı qanunsuzluqlardan bəhs edir.