Böyük Britaniya səfiri REAL İdarə Heyəti üzvləri ilə görüşüb

REAL

Avqustun 22-də Böyük Britaniyanın Azərbaycandakı səfirliyində bu ölkənin səfiri Carole Crofts ilə REAL İdarə Heyətinin üzvləri Erkin Qədirli və Azər Qasımlı arasında görüş keçirlib.

Cumhuriyyet.org saytının məlumatına görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, REAL lideri İlqar Məmmədovun qanunsuz həbsdə saxlanılması, REAL-ın İcra Katibi Natiq Cəfərlinin, Nəsimi-Səbail Məclis Başqanı Toğrul İsmayılovun və Binəqədi Məclisinin Başqan müavini Elşən Qasımovun qanunsuz həbsi, Konstitusiyaya dəyişikliklərlə bağlı referendum və digər siyasi məsələlər müzakirə edilib.