Yanvarın 14-də ReAL Partiyasının sədri İlqar Məmmədov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenberger ilə görüşüb.
Bu barədə İlqar Məmmədov facebook səhifəsində məlumat yayıb.
Məlumatda deyilir ki, görüş zamanı ATƏT və Avropa Şurasının əhatə etdiyi əməkdaşlıq sahələri üzrə, o cümlədən regionda demokratiya, sülh və əməkdaşlığa aid mövzularda Azərbaycan və ABŞ üçün maraq kəsb edən məsələlər haqqında fikir mübadiləsi aparılıb.
ABŞ Səfirliyi görüşlə bağlı məlumat yaymayıb.
ABŞ səfiri Li Litzenberger yanvarın 13-də isə Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşüb.