Rəcəp Tayyib Ərdoğan hərbi komandanların təyinatı ilə bağlı yığıncaq keçirir

  • Amerikanın səsi

Rəcəp Tayyib Ərdoğan hərbi komandanların təyinatı ilə bağlı yığıncaq keçirir

Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan keçən həftə ölkənin 4 komandanının istefasından sonra hərbi komandanların təyinatı ilə bağlı yığıncaq keçirir. O, 4 günlük yığıncağı bu gün Ankarada yerləşən Ali Hərbi Şurada açıq elan edib. Görüş Türkiyənin 4 aparıcı generalının iştirak etmədiyi ilk tədbirdir. ABŞ-ın birgə qərargahlar rəisi, general Mayk Mallen bunun Türkiyənin daxili məsələsi olduğunu deyib və keçidin nizamlı şəkildə həyata keçiriləcəyindən əminliyini dilə gətirib. Türkiyə prezidenti Abdulla Gül istefaları qeyri-adi hal kimi qiymətləndirib. Lakin o deyib ki, hakimiyyət vakumuuna yol verilməyəcək.