Ərəb ölkələri liderləri Misirdə toplaşıb

Ərəb ölkələri liderləri Misirdə toplaşıb

Tunisdə işsizlik və qiymətlərin artmasına qarşı vüsət alan etiraz dalğası nəticəsində hökumətin devrildiyi bir vaxt ərəb ölkələrinin liderləri regionda ticarət və inkişaf məsələlərini müzakirə etmək üçün Misirdə toplaşıblar. Bu gün Qırmızı dəniz sahilindəki Şərm Əl-Şeyxdə keçirilən yığıncaqda iş yerlərinin açılması və biznes təşəbbüslərinə yardım məqsədi ilə Ərəb regionuna 2 milyard dollarlıq proqram barədə açıqlama veriləcəyi gözlənilir. Ərəb Liqasının rəsmilərinin Associated Press-ə vediyi məlumatda deyilir ki, prioritet Cibuti, Sudan və Yəmən kimi az inkişaf etmiş ölkələrə veriləcək.

Bazar ertəsi etdiyi çıxışı zamanı Ərəb Liqasının baş katibi Əmr Musa iqtisadiyyatda və siyasətdə islahatlar həyata keçirmək üçün Ərəb dünyasının birlikdə çalışmalı olduğunu deyib.