Digər Hollivud ulduzlarından fərqli olaraq Rayen Qoslin yaşlanmasından o qədər də narahat deyil.
“Biq Short” filminin çəkilişlərində 34 yaşlı aktyor yaşlanmasında problem görmədiyini deyib.
Bu yaxınlarda Eva Mendeslə birgə Esmiralda adlı ilk qızı olan Qoslin illərdən sonra çox şey haqda fərqli düşünməyə başladığını deyib.
Noyabrda 35 yaşını qeyd edəcək Rayen Neon jurnalına deyib ki, yaş ötdükcə perspektivlər dəyişir... "20 yaşımda ikən dediyim fikirlərdən dəhşətə gəlirəm" deyə o əlavə edib.
Rayen yaşlaşdıqca insanın daha sadə və təvazökar olduğunu və bunun gözəl hisslər bəxş etdiyin deyib.
Rayen hələ uşaq ikən Miki Maus klubunda karyerasına başlayıb.
Gəncliyindən söhbət açan Rayen bunları deyib - ”Yeniyetmə yaşlarımda məndə uğursuzluq qorxusu yox idi. Vacibdir ki, gənc yaşlarında bu hissdən istifadə edəsən. Yaşlaşandan sonra qorxu sənə güc gəlir və daha sadə olursan.”