Raul Kastro qardaşı Fidel Kastronu hakim partiyanın birinci katibi kimi əvəz edəcək

Raul Kastro qardaşı Fidel Kastronu hakim partiyanın birinci katibi kimi əvəz edəcək

Kuba prezidenti Raul Kastro qardaşı Fidel Kastronu hakim partiyanın birinci katibi kimi əvəz edəcək. O, bu vəzifəyə bu gün Kommunist Partiyasının Havanada keçirilən konqresi zamanı irəli sürülüb. 40 il partiyaya başçılıq edən 84 yaşlı Fidel Kastro da konqresdə iştirak edib. Dövlət mediasının keçən ay yaydığı rəy məqaləsində Fidel Kastronun hələ beş il əvvəl bütün vəzifələrini tərk etdiyi bildirilib. 2006-ci ildə hakimiyyət başına keçən Raul Kastro 2008-ci ildən rəsmi prezident kimi vəzifəsini davam etdirir.