Jurnalist Rauf Mirqədirov Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülür. Bu barədə vəkil Fuad Ağayev Turana bildirib.
Onun sözlərinə görə, jurnalist müalicə müəssisəsində tam tibbi müayinədən keçiriləcək.
Qeyri-rəsmi mənbələrin dediyinə görə, jurnalistin səhhətində ciddi problemlər yaranıb.
Rauf Mirqədirov bu il avqustun əvvəllərində Leyla və Arif Yunusların məhkəməsində ifadə verib. Həmin zaman o çox arıq və ağrılardan əziyyət çəkən kimi görünüb.
“Zerkalo” qəzetinin Türkiyədə akredditə olunmuş müxbiri Rauf Mirqədirov 2014-cü il aprelin 17-də Ankarada saxlanılıb, aprelin 19-da Bakı hava limanına gətirilib və həbs edilib. O Ermənistana casusluqda günahlandırılaraq dövlətə xəyanətdə ittiham olunur.