Rauf Şahbazov: Azərbaycanda soydaşlarımıza da yüksək səviyyəli tibbi xidmət göstərmək istəyirik
Your browser doesn’t support HTML5
Bu yaxınlarda Vaşinqtonda Amerika-Azərbaycan Tibb Assosiasiyasının birinci qurultayı keçirilib. 2017-ci ildə yaranan təşkilat Azərbaycanla tibb sahəsində əlaqələrin inkişaf etdirilməsi imkanlarının genişləndirilməsinə çalışır. Amerika-Azərbaycan Tibb Assosiasiyasının prezidenti və həmtəsisçisi, Nyu York ştatının Upstate Tibb Universiteti xəstəxanasında transplant cərrah, pankreas adacıq hüceyrələri transplantasiyası proqramının direktoru və cərrahiyyə üzrə asistent professor Rauf Şahbazov Amerikanın Səsinin Amerika icmalı proqramında tibbi fəalliyəti, Assosiasiyanın məqsədləri və Azərbaycanla tibbi əlaqələrdən danışıb.