“Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan hakimiyyətini jurnalist qətllərinin və onlara qarşı digər cinayətlərin araşdırılmasını dərhal bərpa etməyə, KİV-lərin və jurnalistlərin sərbəst fəaliyyətinə qoyulan bütün süni maneələri aradan qaldırmağa, bütün tənqidi səslərin təhlükəsizliyini təmin etməyə, söz azadlığı qurbanlarını dərhal həbsdən azad etməyə çağırır”.
RATİ həmçinin Gürcüstan hakimiyyətini onun vətəndaşlarının azərbaycanlı jurnalistin qətlində əlinin olması ilə bağlı Azərbaycan hakimiyyətinin iddiasına aydınlıq gətirməyə çağırır.
Bu barədə RATİ-nin söz azadlığı və jurnalistlərin təqibləri ilə bağlı bəyanatında deyilir.
RATİ BMT, Avropa Şurası, ATƏT, həmçinin insan hüquqları və demokratik dəyərlərə sadiq olan ölkələri Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə, ondan jurnalislərə qarşı cinayətlərin, o cümlədən Elmar Hüseynovun qətlinin araşdırılmasını tələb etməyə çağırır.
SEE ALSO: Bakıda Monitor jurnalının baş redaktoru qətlə yetirilib - 2005-03-03RATİ həmçinin beynəlxalq ictimaiyyəti Azərbaycanın vətəndaş cəmiyyətinə, jusnalistlərə qarşı cinayətlərin alternativ araşdırmağa və Azərbaycanda media birliklərinin nümayəndələrinin fəaliyyətində təhlükə və risklərin aradan qaldırılmasına yardımçı olacaq preventiv tədbirlərin hazırlanmasına yardımçı olmağa çağırır.
Son 14 ildə hakimiyyətin altı tənqidçisinin heç birinin qətli sona qədər və effektiv araşdırılmayıb, bununla belə Elmar Hüseynovun qətli cəzasızlığın ən yüksək dərəcəsinin göstəricisidir.Emin Hüseynov, RATİ-nin icraçı direktoru
“İlham Əliyev hakimiyyətinin məşhur ifşaçısı olan `Monitor` jurnalının baş redaktorunu 2005-ci il martın 2-də Azərbaycanın paytaxtı Bakı şəhərində evinin kandarında güllələyiblər. Səhəri gün prezident İlham Əliyev cinayətkarların qısa müddətdə tapılıb cəzalandırılacağını vəd etsə də, əslində hakim rejim son 14 ildə sifarişçilərin və icraçıların məsuliyyətə cəlb edilməməsi üçün mümkün olan hər şeyi etdi. Qətldə Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymur Əliyevin əlinin olması ilə bağlı kiçik bəyanatlarla kifayətlənən Azərbaycan hakimiyyəti şübhəli şəxslərin Gürcüstandan ekstradisiyasının çətin olduğunu bəhanə gətirərək buna görə istintaqın davam etdirilməsinin mümkünsüz olduğunu deyir”, sənəddə qeyd edilir.
RATİ hesab edir ki, ekstradisiya ilə bağlı yaranmış çətinliklər bəhanədən başqa bir şey deyil, çünki ötən 14 il ərzində nə yerli, nə də beynəlxalq ictimaiyyətə hakimiyyətin şübhəliləri gətirmək cəhdlərinin sübutları təqdim edilməyib.
SEE ALSO: Elmar Hüseynovun atası: Bidzina İvanişvilidən Elmarın qatillərini Azərbaycana verməsini xahiş edirəm (Video-müsahibə)“Qətlin icrasında şübhəli bilinən Tahir Xubanov və Teymuraz Əliyevin adlarının İnterpol xətti ilə beynəlxalq axtarış bazasına salınmaması faktı yetərlidir. Bundan əlavə, istintaq tanınmış jurnalistin qətlinin sifarişçisinin axtarışı istiqamətində bir addım da atmayıb. Azərbaycanda hakimiyyətdə olan Əliyev klanının barışmaz jurnalistin şəxsiyyətinə qarşı neqativ münasibəti hətta onun qətlindən sonra da dəyişməyib, bütün bunlar ildən ilə ictimaiyyətdə tənqidçinin qətlinin arxasında məhz bu hakimiyyətin dayandığı şübhələrini artırır", RATİ-nin icraçı direktoru Emin Hüseynov qeyd edib.
"Son 14 ildə hakimiyyətin altı tənqidçisinin heç birinin qətli sona qədər və effektiv araşdırılmayıb, bununla belə Elmar Hüseynovun qətli cəzasızlığın ən yüksək dərəcəsinin göstəricisidir", Emin Hüseynov fikrini yekunlaşdırıb.
Bəyanatda həmçinin deyilir ki, Azərbaycanda son beş ildə söz azadlığı ilə bağlı situasiyanın pisləşməsinin müşahidəsi göstərir ki, hakimiyyət aydan aya söz azadlığını daha çox məhdudlaşdırmağa çalışır.
Azərbaycanda son beş ildə söz azadlığı ilə bağlı situasiyanın pisləşməsinin müşahidəsi göstərir ki, hakimiyyət aydan aya söz azadlığını daha çox məhdudlaşdırmağa çalışır.RATİ-nin bəyanatından sitat
“Arzu edilməyən teleradio şirkətlərinin və müstəqil çap və onlayn KİV-lərin bağlanması, saxta ittihamlarla jurnalistlərin həbsləri, hakimiyyətin tənqidçilərinin davam edən məhkəmə prosesləri, məsələn, bu yaxınlarda jurnalist Mustafa Hacıbəyliyə çıxarılan hökm, internetin bloklanması, jurnalistlərin hərəkət hüququnun məhdudlaşdırılması, plüralizmin tam məhv edildiyi halda dövlət təbliğatının çiçəklənməsi, qanunvericiliyin sərtləşdirilməsi, mətbuata digər çoxsaylı təzyiq vasitələri göstərir ki, mövcud hakimiyyətin siyasi iradəsi əhalinin tənqidi düşüncəsini daraltmaq məqsədilə alternativ informasiyanın məhv edilməsinə yönəlib,” sənəddə qeyd edilir.
SEE ALSO: Ali Məhkəmə jurnalistin ölümü ilə bağlı iş üzrə şikayəti təmin etməyibÖz növbəsində, rəsmi Bakı ölkədə fundamental hüquqların, o cümlədən söz, fikir və media azadlığının tam təmin edildiyini bildirir. Dövlət rəhbərləri hökumətin Kütləvi İnformasiya Vasitələrinə və jurnalitlərə dəstək olduğunu, onlara mənzillər və medianın inkişafının dəstəklənməsi üçün yardımlar verildiyini deyir.
Bununla yanaşı, yerli və beynəlxalq təşkilatlar hazırda onadək jurnalist və blogerin həbsdə olduğunu bildirir. Çoxsaylı KİV-lərin, o cümlədən Azadlıq radiosunun, Azadlıq qəzetinin, Meydan televiziyasının və başqa media vasitlərinin internet saytlarına ölkə ərazisində giriş bloklanıb. Bastainfo.com saytının rəhbəri Mustafa Hacıbəyliyə qarşı məhkəmə bu günlərdə başa çatıb, criminal.az saytının rəhbəri Anar Məmmədov və teref.info saytının rəhbərləri Nurəddin İsmayılova (Nurəddin Xoca) qarşı məhkəmə prosesləri isə davam etməkdədir. Sayt rəhbərlərinə dövlət əleyhinə yönələn açıq çağırışlar, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.
Saytlarda yayılan bəzi məqalələr bir neçə şəxsdə həyəcan hissi yaratdığından onlar hüquq mühafizə orqanlarına müraciət edib və bu əsasda cinayət işi başlanılıb. Jurnalistlərin 2018-ci ilin yayında Gəncə şəhərində iki yüksək vəzifəli polis zabitinin ölümü, şəhər icra hakimiyyəti başçısının, həmçinin daha bir polis əməkdaşının yaralanması, Mingəçevir Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkə boyu elekterikin verilməsində fasilələrin yaranması ilə bağlı dərc etdiyi məqalələrin şikayət edən insanlarda həyəcan yaratdığı iddia olunur.
Jurnalistlərə qarşı məhkəmələrlə bağlı ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezirin bəyanatında deyilir:
SEE ALSO: ATƏT-in media azadlığı üzrə nümayəndəsi Azərbaycanda jurnalistə çıxarılmış hokmü pisləyib"Fikri ifadə azadlığı hüququnun istənilən şəkildə məhdudlaşdırılması qanunun aliliyi, zərurət və mütənasiblik prinsiplərinə tamamailə uyğun şəkildə tətbiq edilməlidir. KİV azadlıqları öz işlərinə görə təqibə məruz qalmamalıdır", o qeyd edir.