Nyu-Yorkda yaşayan azərbaycanlı illüzionist [VİDEO]

Your browser doesn’t support HTML5

Nyu-Yorkda yaşayan azərbaycanlı illüzionist

Rəsul 1995-ci ildə Nyu-Yorkda azərbaycanlı ailəsində dünyaya göz açıb. Hazırda 12-ci sinifdə oxuyan Rəsul digər dostları kimi univesitetə daxil olmağa hazırlaşır. Amma onu həmyaşıdlarından fərqləndirən bir qeyri-adi istedadı var: sehirbazlıq.

Rəsulla Nyu-York parklarının birində görüşdük. 17 yaşı olmasına baxmayaraq o heç zaman Azərbaycanda olmayıb, amma buna baxmayaraq, o bizimlə söhbətiazərbaycanca aparmağa çalışırdı.

Rəsul 2-3 ildir bu peşəni özünə hobbi seçib. Deyir ki, o vaxtadək belə bir bacarığı olmadığını fikirləşirdi.

Bundan sonra sehirbazlığa ciddi maraq göstərən Rəsul nömrələri təcrübədən keçirmək üçün oyun kartlarını özünə başlıca alət seçib.

O, gün ərzində bu işə 2-3 saat vaxt ayırır, evdə masası önündə yorulmadan məşq edir, bacarıqlarını təkmilləşdirməyə çalışır. Ən sevdiyi iş yoldan keçən insanlara yaxınlaşıb fokus göstərməkdir. Videonu izləyin.