Rəsul Quliyev: "Prezident seçkilərə qədər ölkəni qoyub qaçacaq" [Video]

Your browser doesn’t support HTML5

Rəsul Quliyev İsmayıllı üsyanına reaksiya verdi

Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev İsmayıllıda baş verən hadisələrə münasibətini bildirib. Onun sözlərinə görə Azərbaycanda yaradılmış rejim bu kimi üsyanları labüd edir. Belə ki, xalqdan toplanmış sərvət hesabına varlanan zümrə ilə sadə xalq arasında böyük üçurum mövcuddur.
Haram pulun xərclənmə mexanizmi bütün dünyada eynidir. Bu pul qudurğanlıqla xərclənir. Varlıların uşaqları xaricdə azğınlıq edə bilmirlər və bunu Azərbaycanda edirlər. Azərbaycan zənginlər və yoxsullar ölkəsidir. Burada orta sinif demək olar ki, yoxdur.
Rəsul Quliyev əlavə edib ki, ölkədə inqilabın formulu müşahidə olunur. Belə ki, yuxarılar ölkəni əvvəlki kimi idarə edə bilmirlər. Aşağıdakılar isə əvvəlki kimi idarə olunmaq istəmirlər.

Açıq Cəmiyyət Partiyasının lideri cəmiyyətdə toplanmış qəzəbin təkcə otel yandırılması ilə bitməyəcəyini proqnozlaşdırır.

Onun sözlərinə görə hakimiyyət aqressiv metodlarla gedən prosesin qarşısını almağa çalışır. Lakin bu mümkün olmayacaq. Rəsul QUliyev deyir ki, hökumət İsmayıllıda həbslər həyata keçirməklə etiraz dalğasını yatırtmağa çalışacaq. Lakin köklü islahatlar həyata keçirilmədən bu prosesin qarşısını almaq mümkün olmayacaq.