Yanvarın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesində futbolçu Cavid Hüseynov şahid qismində ifadə verib.
Your browser doesn’t support HTML5
Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist xəstəxanaya yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Faktla bağlı qaldırılan cinayət işi üzrə Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.
Cavid Hüseynov Qəbələ futbol komandasının hücumçusudur. Jurnalistlə insident Hüseynovla bağlı Facebook səhifəsində tənqidi status yazdıqdan sonra baş verib.
Vəkil Fariz Namazlı Amerikanın Səsinə bildirib ki, Hüseynov jurnalistin ölümündə özünü günahlkar bilmir və bibisi oğluElşən İsmayılovdan başqa təqsirləndirilən şəxslıərdən heç kimi tanımır.
“Eşlən Rasim Əliyevin Facebook-da yazdığı statusdan əsəbui idi. Mən Rasimlə telefonla danışdım və dedm ki, fikir verməyin. Lakin Elşən dedi ki, Rasim anama söyüb, bu şəxsi məsələdir. Mənim onların arasında baş verən hadisədən xəbərim olmayıb. Sonra bildim ki, Rasimi xəstəxanaya yerləşdiriblər, yanına getdim. Bir gün sonra isə vəfat etdiyini eşitdim”.
Cavid Hüseynov Rasim Əliyevin öləcəyini gözləmədiyini bildirib.
Sonra prosesdə digər şahidlər ifadə verib.
Vəkil məhkəmə istintaqının gedişi ilə razılaşmır və onun vəsattətlərinin təmin edilməməsini bildirir. “Həmçinin məhkəmə zalı əvvəlcədən digər şəxslərləd doldurlur, bir çox müstəıqil jurnalistlər və hətta bəzən zərəçəkmişlərin qohumları zala buraxılmır”, o qeyd edib.
Proses fevralın 2-də davam etdiriləcək.