Millət vəkili və politoloq Rasim Musabəyovun fikrincə Rusiya silahlı qüvvələrinin Şimali Qafqazda hərbi təlimlərə hazırlaşması Gürcüstan və Azərbaycana təhdid xarakteri daşıyır.
“Rusiya hələ də bu dövlətlərin müstəqilliyini həzm edə bilmir... O hesab edir ki, bu dövlətlər mütləq şəkildə Rusiyanın əlaltısına çevrilməlidirlər,” deyə Musabəyov Rusiyanın regiondakı son manevrlərini izah edir.
Cənab Musabəyovun fikrincə Rusiyanın Azərbaycana hərbi müdaxiləsi real görünməsə də, Gürcüstan ərazilərinin zəbti faktiki olaraq Azərbaycanı təcrid olunmuş hala sala bilər. Belə ki, Azərbaycanın bütün iqtisadi həyat naqilləri Gürcüstandan keçir.
Qəbələ RLS-in gələcəyini şərh edən millət vəkili 1970-ci illərin standartlarını əks etdirən texnologiyaya əslində ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə Qəbələdə mövcudluğunu saxlamaqla Rusiya “yaxın xaric” adlandırdığı bölgə dövlətlərinə imperialist mesaj göndərir.

Your browser doesn’t support HTML5