Əsəd Rəqqaya hücumu istehza ilə qarşılayıb

Suriyanın Rəqqa şəhərində İŞİD-ə qarşı əməliyyatların başlanacağı və neçə dəfə terror qrupunun dövlət quruculuğu layihəsinə son qoyulacağı bildirilib. Çox vaxtlar bu xəbər küdrlərin rəhbərlik etdiyi Suriya Demokrat Qüvvələri tərəfindən şənliklərlə qeyd edilib.

Son açıqlama mart ayında kürd komandirlərinin aprelin 1-dən etibarən şəhərə hücum ediləcəyini elan etməsi ilə verilib.

İki həftə sonra isə ABŞ-ın dəstəklədiyi bu qüvvələrin nə zaman təcrid edilmiş Rəqqaya hücum edəcəyi sualı meydana gəlib.

Keçən həftə sonu Suriya prezidenti Bəşar Əl-Əsəd Fransanın AFP xəbər agentliyinə İŞİD-i Rəqqadan çıxarmaq istəyən hər kəsə dəstək verəcəyini, lakin ABŞ rəsmilərinin 4 min İŞİD yaraqlısının olduğunu düşündüyü şəhərə hücumların gecikdirilməsini istehza ilə qarşılağını bildirib.

“Bir ilə yaxındır Rəqqanın azad ediləcəyini eşidirik. Lakin heç nə baş vermir. Şəhəri kim azad edəcək? Heç nə aydın deyil"- deyə, Əsəb bildirib.

Əməliyyatların nə zaman başlayacağına dair suala ABŞ müdafiə naziri Cim Mattis belə cavab verə bilməyib.

Rəqqa ABŞ-ın başçılıq etdiyi koalisya və Suriya qüvvələrinin hücumlarından sarsılıb. Yerli fəallar hava reydlərinin hərbi və qeyri-hərbi zonanı hədəf aldığını deyir.

Baxmayaraq ki, İŞİD yaraqlıları şəhər və ətrafdakı kəndlərdə kök salıb.