İraqın Süleymaniyyə şəhərindəki mehmanxanada yanğın baş verib

Yerli rəsmilər yanğın zamanı ölənlər arasında qadın və uşaqların da olduğunu deyirlər

İraqın şimalındakı Süleymaniyyə şəhərindəki mehmanxanada baş verən yanğın nəticəsində 30 nəfərin öldüyü, xarici vətəndaşlar da daxil edilməklə, azı 23 nəfərin yaralandığı xəbər verilir. Yerli rəsmilər gecə yarıcı baş verən yanğın zamanı ölənlər arasında qadın və uşaqların da olduğunu deyirlər. Rəsmilər azı 3 nəfərin alovdan xilas olmaq məqsədi ilə hotelin üçüncü mərtəbəsindən atılarkən öldüklərini bildirmişlər. Soma mehmanxanasında baş verən yanğının elektrik problemi nəticəsində baş verdiyi deyilir.