İraqlı şiə ruhanisi ABŞ əsgərlərinə hücumlara son qoyulmasına çağırdı

  • Amerikanın səsi

İraqlı şiə ruhanisi ABŞ əsgərlərinə hücumlara son qoyulmasına çağırdı

İraqda anti-Amerika təmayüllü şiə ruhanisi Moqtada əl-Sədr öz davamçılarını ABŞ qoşunlarına qarşı hücumlara son qoymağa çağırıb. O, ABŞ-ın ilin sonunadək ölkəni tərk etməsini təmin etmək üçün amerikalılara bəhanə verməməyi əsas gətirib.

Əl-Sədr bildirib ki, əgər ABŞ qüvvələri verilmiş möhlətdən əlavə İraqda qalsalar, onda onun hərəkatı amerikalı əsgərlərə daha intensiv şəkildə hücum edəcək.

Hazırda İraqda 45 000 ABŞ əsgəri var. Lakin İraq hökuməti amerikalıların burada daha uzun müddətə qalması üçün Vaşinqtonla danışıqlar aparır.

ABŞ hərbi sözçüsü polkovnik Bərri Conson İraqdak bütün qrupları qanuna riayət etməyə çağırmış, əks təqdirdə bunun nəticələri ilə üzləşiləcəyini bəyan etmişdir.