İraqın 2 şəhərində zorakılıqlar nəticəsində 4 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.
Polis deyir ki, etnik baxımdan qarışıq olan Kərkük şəhərində silahlılar gecə saatlarında bir evə basqın edərək3 qadını qətlə yetirib. Hücumun motivi hələlik bəlli deyil. Öldürülən qadınların ikisi bacı olub.
Bağdadda baş verən partlayış nəticəsində isə Təhsil Nazirliyinin əməkdaşı həlak olub. Partlayış şəhərin Doha məhəlləsində baş verib. Rəsmilərin bildirdiyinə görə, yol üzərində yerləşdirilən bombanın partlaması nəticəsində isə 3 polis işçisi və 2 mülki vətəndaş xəsarət alıb.