İraqda polis idarəsinin nəzarəti ələ keçirilib

  • Amerikanın səsi

İraqda polis idarəsinin nəzarəti ələ keçirilib

İraq rəsmiləri təhlükəsizlik qüvələrinin bir neçə adamın girov saxlandığı polis idarəsinin nəzarətini ələ keçirdiyini bildirib. Hadisə zamanı 3 adam öldürülüb. Onların idarənin geri alınması əməliyyatında həlak olub-olmadığı bəlli deyil. Ənbar vilayətinin Əl-Bağdadi polis idarəsi həm də şəhər merinin idarəsidir.

2006-2007-ci illər ərzində İraqda zorakılıqlar bir qədər səngisə də, ABŞ qüvvələrinin ilin sonunadək İraqı tərk etməsi narahatlıqlara yol açıb.