İraqda intiharçı hücumu 15 adamın ölümünə bais olub

İraqda intiharçı hücumu 15 adamın ölümünə bais olub

İraq paytaxtı Bağdad və onun ətrafında baş verən partlayışlar nəticəsində azı 15 adam həlak olub.

Hədəflər sırasında Taci qəsəbəsindəki polis yoxlama postu olub ki, burada 10-dan çox adam öldürülmüş, 20-dən artıq adam həlak olmuşdur.

Rəsmilər partlayış baş verən zaman polisin yolkənarı bomba partlayışını araşdırdığını deyib.

ABŞ ordusunun ölkəni tərk etməyə hazılaşdığı bir vaxtda polis və təhlükəsizlik qüvvələri İraq qiyamçılarının başlıca hədəfinə çevrilib. ABŞ qüvvələrinin İraqı ilin sonunda tərk edəcəyi güman edilir.