İraqda hökumət binalarına qarşı hücum zamanı 8 adam həlak olub

İraqda hökumət binalarına qarşı hücum zamanı 8 adam həlak olub

İraq polisinin bildirdiyinə görə, Diyala vilayətinin paytaxtı Baquba şəhərində hökumət binalarına qarşı hücum zamanı 8 adam həlak olub, 15 nəfər yaralanıb.Şahidlər hücumçuların iki maşını partlatdıqlarını, binaların yerləşdiyi kompleksi atəşə tutduqlarını deyir. Bir necə adam girov götürülüb. Hücumun məsuliyyətini üzərinə alan olmayıb. Hadisə vilayət hökumətinin həftəlik yığıncağı vaxtı baş verib.